Ölkənin IKT sahəsində innovativ həllərlə daim fərqlənən Azerizone və Avirtel yerli və beynəlxalq şirkətlərə daha səmərəli İKT xidmətlərin göstərilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıblar. İmzalanmış memorandum çərçivəsində Azerizone şirkətinin VirtualATS və Avirtel şirkətinin Toll-Free pulsuz zəng xidmətinin əlverişli şərtlərlə korporativ müştərilərə təqdim edilməsi üzrə birgə fəaliyyətin qurulması nəzərdə tutulur.

Artıq ilk kampaniya çərçivəsində, VirtualATS istifadəçiləri 088 prefiksli Toll-Free nömrələrini daha əlverişli şərtlərlə əldə edə bilərlər. Belə ki, cari ilin 20 avqust - 10 dekabr tarixləri arasında VirtualATS xidmətindən yararlanan müştərilər Toll-Free nömrələrin əldə edilməsi zamanı Avirtel’dən 50% endirim əldə edəcəklər.

Virtualats.az bulud texnologiyaları vasitəsilə kiçik və orta həcmli şirkətlərə İP Telefoniya imkanlarından yararlanmaq üçün proqram təminatı təqdim edir. Bu xidmət vasitəsilə cüzi xərclə müasir telefoniya şəbəkəsi quraraq, daxili və xarici kommunikasiyaları rahat idarə etmək və keyfiyyətini artırmaq mümkündür. Xidmət çərçivəsində şirkətlər İP Telefoniya texnologiyasının bütün imkanlarından (IVR, ağıllı menu, danışıqların qeydə alınması, növbə sistemi, kənar proqram təminatları ilə inteqrasiya və s.) istifadə etmək imkanı əldə edir. 2017-ci ildən Azerizone MMC tərəfindən ilk təqdim edilən xidmət hazırda 100-dən artıq şirkətin zənglərinin idarə edilməsində istifadə edilir. Azerizone MMC sistem inteqrasiyası, informasiya texnologiyalarına aid avadanlıqların təchizatı, hostinq, proqram təminatının hazırlanması sahəsində fəaliyyət göstərir.

Avirtel şirkəti, Qərb ölkələrində qlobal brendlər tərəfindən uğurla istifadə edilən Toll-Free nömrələrin Azərbaycan üzrə təminatçısıdır. Toll-Free nömrəyə edilən zənglər üçün ödənişi zəngi qəbul edən tərəf həyata keçirir. Zəng edən üçün heç bir xərc nəzərdə tutulmur. 088 prefiksi ilə başlayan bu nömrələrlə həm şəhər, həm də mobil telefonlardan, hətta zəng edənin balansı 0 və ya mənfi olduqda belə əlaqə yaratmaq mümkündür ki, bu da brendə qarşı rəğbət yaratmaqla ona əvəzsiz üstünlük verir.
Avirtel’in beynəlxalq Toll-Free xidməti ilə şirkətin hansı ölkədə yerləşməsindən aslı olmayaraq, Azərbaycandakı müştəriləri onunla pulsuz əlaqə yarada bilərlər. Bu xidmətin tətbiqi ilə xarici şikrətlər Azərbaycanda ofis qurmaq, əlaqə mərkəzi yaratmaq kimi xərclərdən azad olmaqla yanaşı, öz müştəriləri üçün pulsuz zəng xidmətini təmin edirlər. Beynəlxalq müştərilərimiz arasında Samsung, Philips, ABŞ viza məsləhətləri xidməti, Dell, İBM kimi şirkətlər mövcuddur.



Thursday, August 20, 2020





« Back

Powered by WHMCompleteSolution