Snom D120 modellərinin əsas funksiyaları

Gəlin, Snom D120 telefonlarının görünüşünü və əsas funksiyasını nəzərdən keçirək.

Ümumi görünüşü:

1. Əvvəlcə telefonun ümumi görünüşünə baxaq. Ekranın yuxarı sətri status sətridir. Status sətrində cari tarix, vaxt və fərqli sistem məlumatları verilir. Eyni sətrdə telefonun vəziyyəti (DND – Do not Disturb), telefonun səssizə alınması və s. də əks olunur. Əsas hissədə aktiv SİP hesablar göstərilir. Hər bir hesabın sol tərəfində isə onun vəziyyəti bildirilir: aktiv hesab telefon simvolu ilə göstərilir, üzərindən xətt çəkilmiş kvadrat o deməkdir ki, ya hesab qeydiyyatdan keçməyib, ya da telefon şəbəkədə deyil və ya internet bağlantısında kəsinti var. Kiçik üçbucaq cari aktiv hesabı əks etdirir. Telefona birdən çox SİP hesabı qoşulduğu zaman və zəng etmək üçün bir hesabdan digərinə keçməli olduğunuz vaxtlarda telefonun orta hissəsindəki dairəvi coystikdə aşağıya istiqamətlənmiş düyməni klikləməlisiniz.

2 SİP hesabın qoşulduğu vaxtlarda telefonun ekranı belə görünür:

2. Ekranın alt hissəsində birbaşa ekranla əlaqəli düymələr yerləşmişdir.

Kontekstdən asılı olaraq, ekran altındakı düymələr fərqli funksiyaları yerinə yetirə bilər. An etibarilə yerinə yetirdikləri funksiyalar telefon ekranının alt sətrində göstərilir.

3. Ekranın sağ hissəsində daha 2 düymə vardır. 1-ci (Р1) düymə xəttlər arasında keçid etməyə icazə verir. 2-ci (Р2) düymə proqramlaşdırıla bilən düymədir və 10.1.54.13 veriyasından olan ilkin formaya əsasən zənglər haqqında bildirişlərin səsini söndürmək üçün quraşdırılmışdır.

4. Aşağıda naviqasiya və idarəetmə düymələri vardır.

Solda hərəkətləri təsdiqləmək üçün "OK" düyməsi (məsələn, zəng edərkən nömrəni seçib bu düyməni klikləmək lazımdır), sağda isə "Ləğv et" düyməsi yerləşir. Ortadakı coystikdən isə menyu üzrə seçim etmək üçün istifadə olunur. Əsas ekrandakı coystikin "aşağısı" hissəsinə klikləməklə SİP hesablar arasında keçid etmək mümkündür (birdən çox hesabla qoşulduqda), "yuxarı" hissəsinə kliklədikdə isə telefonun əsas menyusunu görmək mümkündür.

5. Rəqəmsal blokun sağında 5 əlavə funksional düymə yerləşir.

1-ci düymə (1) DND (Do Not Disturb) rejimini aktiv edir. Aktiv etdikdə bu rejim status sətrində ekranda əks olunur. Bu rejimdə telefon zəngləri qəbul etmir, buna görə də bu rejimin işə salınmasını və söndürülməsini diqqətlə izləmək lazımdır, çünki arzuolunmaz bir vaxtda aktivləşməsi zəngin itirilməsinə səbəb ola bilər.

2-ci düymə (2) özündə 1000 nömrəni əks etdirə bilən ünvan kitabçasını açır. Sürətli axtarış etmək üçün tez-tez istifadə olunan nömrələri yaddaşda saxlamağa imkan verir. Həmçinin saxlanılan nömrə zəng gəldiyi zaman dərhal telefonun ekranında əks olunacaqdır.

3-cü düymə (3), başqa sözlə Transfer düyməsi zənglərin köçürülməsi üçün istifadə olunur (adətən telefon ekranının altında konteks düymələri arasında da əks olunur).

4-cü düymə (4) cari zəngin "xəttdə gözləmə" rejiminə köçürülməsinə imkan verir. Eyni zamanda zəng edən abunəçi müvafiq səs siqnalını eşidəcək.

5-ci düymə (5) səs poçtunu aktiv etmək üçün istifadə olunur. Düymənin iş qabiliyyəti VoIP provayderinin istifadə etdiyi proqram təminatından asılıdır.

6. Telefonun ən aşağı cərgəsində isə səslərin idarəedilməsi düymələri var. Sol tərəfdəki düymə (1) danışıq zamanı mikrofonun söndürülməsi üçün istifadə olunur. Ortadakı düymə (2) zəngin və danışığın tənzimlənməsi üçün istifadə olunur. Növbəti düymə (3) yüksək səsli əlaqə üçün istifadə olunur. Sonuncu düymə(4) isə qulaqcıq üçün istifadə olunur (əgər qulaqcıq quraşdırılıbsa).

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

Snom modellərində İP ünvanın öyrənilməsi

C520-WIMI 1. "Parametrlər" düyməsini klikləyin. 2. "Status" bölməsini, daha sonra isə "Network"...

X-lite proqramının quraşdırılması və VirtualATS-ə qoşulması

İlk öncə "Xlite" proqramını kompüterinizə yükləməlisiniz. Bunun üçün Xlite proqramının rəsmi...

Fanvil telefonlarının quraşdırılması və VirtualATS-ə qoşulması

VirtualATS-ə qoşulmadan öncə telefonu düzgün quraşdırmaq şərtdir. Bir çox müştərilərimizin...

Snom telefonlarının quraşdırılması və VirtualATS-ə qoşulması

VirtualATS-ə qoşulmadan öncə telefonu düzgün quraşdırmaq şərtdir. Bir çox müştərilərimizin...

Snom D120 modellərində zənglərin yönləndirilməsi

Daxili nömrəyə zəng gələrkən onu başqa bir daxili nömrəyə yönləndirmək lazım ola bilər. Burada...