VirtualATS-də sxemin qurulması

Web.vats.az da hesabınıza daxil olduqdan sonra Telefoniya sxemi bölməsinə keçid edin.

Sxemin qurulması üçün bizdə Daxil olan zənglərÇıxış zəngləri mövcuddur.

Qırmızı rəngdə aktiv görünən “Daxil olan zənglər”in sxemini yaratmaq üçün interfeysin sol blokunda ‘Ad’ xanasında sxemin adını qeyd edib aşağıda ‘Sxem yarat’ düyməsinə klikləmək lazımdır.

Həmçinin o blokda “Qudoklar yerinə musiqi xanasında musiqi” seçmək şansınız var. Bu o deməkdir ki, zəng edən şəxs gözləyərkən qudok əvəzinə təyin etdiyiniz musiqini eşidəcək.

 

Əgər zəngləri dinləmək istəyirsinizsə, o zaman “Səslərin qeydə alınması” cümləsinin qabağına işarə qoymağınız kifayətdir.

 

 

İndi isə sxemin tərkib hissələrini detallarıyla izah edək.

 

Daxil olan zənglər

İlk görəcəyimiz "Yeni zəng daxil oldu" hissəsidir. Bu o deməkdir ki, sizə zəng gəlir. Aşağıda plus işarəsinə klikləyərək sizə uyğun punktları qeyd edə bilərsiniz.

 

"Zəngin keçidi" punktundan zəngləri yönləndirmək üçün istifadə olunur. Sol tərəfdəki paneldə “Nömrə əlavə etmək” sözünə klikləyərək yönləndirmək istədiyiniz nömrələri əlavə edin. "Zəng qaydaları" bölməsində təklif olunan siyahıdan sizə uyğun olanı seçə bilərsiniz. Həmçinin “Zəngi bitirmək” hissəsinə gözləmə müddətini də qeyd etdikdən sonra "Hərəkət əlavə et" düyməsinə klikləyin.

 

 

"Səsli mesaj" punktundan istifadə edərək zəng edən şəxsə ismarıc qoya bilərsiniz. 1 yazılan hissəyə klikləyərək bizim sizə təklif etdiyimiz icmarıcları, 2 yazılan hissəyə klikləyərək isə öz seçdiyiniz ismarıc faylını yükləyə bilərsiniz. Sonda Hərəkət əlavə et düyməsinə klikləyin.

 

 

"Səsli menu" punktu zəng edən şəxsə seçim etmək üçün variantlar təklif edir (məsələn, Marketinq şöbəsi üçün 1 düyməsinə, Texniki xidmət şöbəsi üçün 2 düyməsinə klikləyin)

 

1 yazılan hissəsində rəqəm qeyd edərək yanında onun təsvirini verə bilərsiniz. Bu sizin rahatçılığınız üçün düşünülmüş bir punktdur ki, burada siz öz qeydlərinizi edə bilərsiniz.

2 yazılan hissədə siz işarə qoyaraq zəng edən şəxsə bir başa daxili nömrəyə zəng etmək üçün icazə vermiş olacaqsınız (məsələn, zəng edən şəxs növbəyə durmaq və ya operatorun vaxtını almaq istəmir və birbaşa ona lazım olan nömrəyə zəng etmək istəyir)

3 yazılan hissədə gözləmə müddətini qeyd edə bilərsiniz.

"Hərəkətə keçid" punktu sxemin hərəkətini təkrarlayır. Yəni, adətən zəngə cavab verilmədisə, növbə bitdikdən sonra dəstək asılır. Amma bu punkt zəngi bitirmədən prosesi təkrarlayır.

 

 

Aşağıdakı şəkildə 1 yazılan hissədə email ünvan qeyd edə bilərsiniz. Zəng edənin səsi qeydə alınaraq email ünvana göndərilir. 2 yazılan hissədə faks ünvanı qeyd edə bilərsiniz. Bu funksiya daxil olan zəngi virtual faksa göndərir.

 

 

"Növbə" punktunda Növbə yarada və onu sol blokda qeyd edə bilərsiniz.

 

 

Aşağıdakı şəkildə nömrələrlə qeyd edilmiş punktlara nəzər salaq.

 

 

1 yazılan punktda daxili nömrələri qeyd etmək üçün solda blok görəcəksiniz.

2 yazılan punktdan tarifikasiya məqsədilə istifadə olunur. Belə ki, dəstəyi qaldıran andan etibarən zəng edən şəxsdən pul çıxmağa başlayır (istifadə etdiyi provayderdən asılı olaraq). Bu daha çox zənglərin provayderlərdən xarici nömrələrə köçürülməsi zamanı lazım olur. Əgər xarici nömrələrə zəng zamanı porvayderlərlə problem yaşayırsınızsa, bu elementi zəngi köçürməmişdən əvvəl yerləşdirə bilərsiniz.

3 yazılan punktdan sxemi bitirərkən istifadə olunur. O sxemin yəni zəngin sonlanmasını bildirir.

4 yazılan punkt zəngləri tarix və zamana görə çeşidləmə imkanı yaradır. Yəni sol blokda sizə zənglərin hansı aralıqda(gün/saat) gələcəyini qeyd edə bilərsiniz.

5 yazılan punktun əsas funksiyası birbaşa zənglərə icazə verməsidir. Belə ki solda təqdim olunan blokda siz Nömrə xanasında zəngi qəbul edəcək şəxsin nömrəsini, Nömrə siyahısı xanasında isə xüsusi nömrələr qeyd edə bilərsiniz.(məsələn, hər hansı korporativ şirkətdən gələn zəngləri Zəng Mərkəzinə(Call-Center) ötürmədən birbaşa qeyd etdiyiniz nömrəyə yönləndirə bilərsiniz).

Bütün əməliyyatlar bitdikdən sonra Yadda saxla düyməsinə klikləyin.

 

Çıxış zəngləri

Burada qeyd olunan Zəng et punktunun funksiyası daxil olunan nömrəyə zəng edilməsidir.

Sxemin digər tərkib hissələri isə öncəki punktlarla eynilik təşkil edir.

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

Sürətli başlanğıc

Bu təlimat ilk öncə VirtualATS-i və ona qoşulmuş telefon və softfonların işini yoxlamaq üçün...

Monitorinq

Monitorinq sahəsi əsas statistika və zənglər haqqında məlumatları özündə əks etdirir. Məsələn,...

Konfransların idarə olunması

Daxili nömrələrin idarəolunması "Ümümi Xüsüsiyyətlər — Konfrans zəng" bölməsində əks olunmuşdur....

İstifadəçilərin yaradılması

VirtualATS sistemində 3 növ istifadəçi vardır - administrator, katib və istifadəçi...

Səsli poçtların idarəolunması

Səsli mesajların idarəolunması Ümümi Xüsüsiyyətlər — Səsli poçt qutusu bölməsində əks olunmuşdur....