Zoiper proqramının quraşdırılması və VirtualATS-ə qoşulması

İlk öncə "Zoiper" proqramını kompüterinizə yükləməlisiniz. Bunun üçün Zoiper proqramının rəsmi səhifəsinə buradan daxil olun. Açılan səhifədə sizə uyğun sistemin qarşısındakı "Download" düyməsinə klikləyin.

1. VirtualATS-in idarə etmə sistemindəki (vats.az)  hesabınızda konfiqurasiya üçün məlumatları tapırıq.

1.1. Bunun üçün sistemin şəxsi hesabındakı "Ümumi parametrlər" səhifəsinə keçin. Açılan səhifədə "Daxili nömrələr" seçin və tənzimləmə ikonunu klikləyin.

1.2. Konfiqurasiya üçün tələb olunan məlumatlar "SIP-peer name", "server" və "parol" sahələrində göstərilir.

2. ZoIPer tətbiqini quraşdırın və konfiqurasiya edin.

2.1. İlk öncə linkə daxil oluruq və tətbiqi yükləyirik. Fayllar kiçik olduğu üçün yüklənmə sürətlə gedəcək. Onu kompüterə quraşdırırıq.

2.2. Açırıq və “Continue as a Free user” klikləyirik.

2.3. Müvafiq sahələrdə istifadəçi adı və şifrənizi doldurub "Login" düyməsini klikləyirik.

2.4. Açılan səhifədə s.vats.az:4959 serverini qeyd edib "Next" düyməsini klikləyirik.

2.5. Daha sonra "Skip" düyməsini klikləyirik.

2.6. Bundan sonra SIP serverinə qoşulma prosesi başlayacaq. Bağlantı uğurlu olarsa, "SIP UDP" sahəsində "Found" görünəcək.

2.7. Əgər parametrlər düzgün aparılıbsa, hesabın qeydiyyatı uğurlu olacaq və istifadəçi proqramdan yararlana biləcək.

2.8. Tətbiqin interfeysi istifadəsi asandır və əlavə parametrlər tələb etmir.

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

Snom modellərində İP ünvanın öyrənilməsi

C520-WIMI 1. "Parametrlər" düyməsini klikləyin. 2. "Status" bölməsini, daha sonra isə "Network"...

X-lite proqramının quraşdırılması və VirtualATS-ə qoşulması

İlk öncə "Xlite" proqramını kompüterinizə yükləməlisiniz. Bunun üçün Xlite proqramının rəsmi...

Fanvil telefonlarının quraşdırılması və VirtualATS-ə qoşulması

VirtualATS-ə qoşulmadan öncə telefonu düzgün quraşdırmaq şərtdir. Bir çox müştərilərimizin...

Snom telefonlarının quraşdırılması və VirtualATS-ə qoşulması

VirtualATS-ə qoşulmadan öncə telefonu düzgün quraşdırmaq şərtdir. Bir çox müştərilərimizin...

Snom D120 modellərində zənglərin yönləndirilməsi

Daxili nömrəyə zəng gələrkən onu başqa bir daxili nömrəyə yönləndirmək lazım ola bilər. Burada...

Powered by WHMCompleteSolution