Şəbəkə, internet sürəti və buraxılış qabiliyyətinə tələblər və tövsiyyələr

SIP telefoniya üçün əsas tövsiyələr

1. Telefonu iki (üç, dörd və s.) Router / NAT / şəbəkə ekranına bağlamaq tövsiyə edilmir. Əgər bu şəkildə əlaqə qursanız, telefoniya işləməyəcəkdir.

2. VoIP istifadə etmək üçün yalnız simli şəbəkə növlərindən (Ethernet) istifadə etməyi məsləhət görürük.

3. Ən yaxşı rabitə keyfiyyətinə nail olmaq üçün hər hansı bir formada (Wi-Fi, WiMax, 3G, 4G) simsiz bağlantı istifadə etməyi məsləhət görmürük.

4. Rabitə sizin işinizin təməlidirsə, SIP telefonlarını almağı məsləhət görürük. Onlar yaxşı xüsusi rabitə keyfiyyətini təmin etmək üçün hazırlanmışdır. Softfonlardan istifadə etmək arzuolunan deyil.

5. SIP telefoniya İnternet kanalının keyfiyyətinə qarşı çox həssasdır. Şəbəkənizdəki VoIP üçün ayrı bir xətt ayırmağı tövsiyə edirik. Şəbəkə daxilində digər avadanlıqların İnternet kanalını yükləməsi İP telefoniya rabitə keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər.

6. VoIP cihazlarınızı birbaşa VirtualATS serverinə bağlamağı tövsiyyə edirik, kənar FXS, FXO şlüzlar və s. avadanlıqların istifadə edilməsi müəyyən problemlər yarada bilər.

7. VoIP istifadə edərək İnternetə daxil olmaq üçün statik IP ünvanından istifadə etməyi məsləhət görürük, statik IP ünvanı əldə etmək üçün İnternet xidməti təminatçınızla əlaqə saxlayın.

8. Yalnız tövsiyə olunan G711a audio kodekindən istifadə edin.

İnternet kanalına tələblər

İnternet bağlantısının keyfiyyəti aşağıdakı göstəricilərə cavab verdikdə səs xidmətinin keyfiyyətinə zəmanət verə bilərik:

1. İnternet şəbəkəsinin sürəti (buraxılış qabiliyyəti)

VirtualATS ilə həyata keçirilən hər bir aktiv zəng 100 kbit/s minimal internet sürəti tələb edir. Sizin şəbəkəniz və İnternet təminatınızın sürəti cari yükənmələri nəzərə alaraq maksimal yüklənmə zamanı belə bu sürəti təmin edəcək qədər olmalıdır.

2. Paketlərin itkisi

İtirilən paketlərin maksimal miqdarı 5%-dən çox olmamalıdır.

3. Paketlərin göndərilməsi və cavablanıdırlmasında gecikmə

IP paketləri maksimum 100-150 ms gecikmə ilə ötürülməli və cavablandırılmalıdır.

4. Orta dərəcəli gecikmədən uzaqlaşma

Jitter. 100-150 ms-dən çox olmalı deyil.

5. Bəzi internet provayderlər müştərilərini istifadəçilər tərəfindən başladılan eyni anlı seansların sayı ilə məhdudlaşdırırlar və buna görə səs ötürmə də uğursuz olur. Bununla qarşılaşdığını an şəbəkədə istifadə olunan Skype, torrent və s. proqramların söndürməsini tövsiyə edirik.

  • 1 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

SİP - cavablar və mənaları

1xx = Məlumatlı cavablar SIP/2.0 100 Trying - sorğu işlənilir(hazırlanır) SIP/2.0 180 Ringing -...

İnternet kanalının diaqnostikası üçün WinMTR proqramından istifadə təlimatı

WinMTR proqramı marşrutlaşdırıcılardan hansının yavaş işlədiyini və ya ümumiyyətlə işləmədiyini...

Anydesk proqramının istifadə təlimatı

Bəzi hallarda texniki xidmət göstərdikdə Azerizone MMC şirkətinin əməkdaşları Sizin şəbəkədə...

Pis eşidilmə, qırılma və s. kimi xətaların səbəbləri və həlli üçün təlimatlar

Danışığın aydın olmaması, səsin ləngiməsi, danışıq zamanı əks-səda (exo) verməsi, həmçinin zəngin...

Cihazın IP ünvanını müəyyən etmək üçün Advanced IP LAN skanerindən istifadə təlimatı

Cihazın IP ünvanını tapmaq üçün şəbəkəni skan edib və şəbəkənizdəki ip ünvanlarının siyahısını...