İnternet kanalının diaqnostikası üçün WinMTR proqramından istifadə təlimatı

WinMTR proqramı marşrutlaşdırıcılardan hansının yavaş işlədiyini və ya ümumiyyətlə işləmədiyini (məlumat paketlərini itirdikdə) aydın şəkildə görməyə imkan verir.  

İlk öncə WinMTR proqramını yükləyin və kompüterinizdə quraşdırın. Proqramın interfeysindən nümunə:

Addım 1. "Host" sahəsində yoxlamaq istədiyiniz domeni daxil edin. VirtualATS istifadə etdikdə rabitənin keyfiyyəti ilə bağlı problemləriniz varsa, bu sahədə s.vats.az göstərin: 

Addım 2. Diaqnostikanı başlatmaq üçün "Start" (Başlat) düyməsini basın.

Addım 3. "Sent" (Göndərilənlər) sahəsindəki paketlərin sayı 300-ə yaxın olduqda "Stop" (Dur) düyməsinə basaraq proqramı dayandırın.

Addım 4. Diaqnostikanın nəticələrini proqramın "Export TEXT" və ya "Export HTML" keçidləri ilə yaddaşda saxlamaq olar.

Proqram hər bir marşrutlaşdırıcı üzrə tam statistikanı göstərir:

Hostname- routerin IP ünvanı və ya domen adıdır.

No - Marşrutlaşdırıcının nömrəsi

Loss% - Bu müəyyən bir marşrutlaşdırıcının itirilmiş cavablarının faizilə göstərilmiş sayıdır

Sent - Bu müəyyən bir marşrutlaşdırıcının göndərilən sorğularının sayıdır

Recv - Marşrutlaşdırıcıdan alınan cavabların sayıdır

Best - Bu ən minimal gecikmə vaxtıdır

Avrg - Bu orta gecikmə vaxtıdır

Worst - Bu maksimal gecikmə vaxtıdır

Last - Bu ən son qəbul edilən paketin gecikmə vaxtıdır.

İP Telefoniyanın keyfiyyətli istifadəsi üçün 3%-dən daha az paket itkisi və gecikmə vaxtının (Wrst) 120-dən az olması tələb olunur. Şəbəkənizi bu proqram vasitəsilə yoxladıqdan sonra hər hansı mütəxəssisə məlumat vermək üçün "İxrac TEXT" düyməsini istifadə edərək ekran görüntüsü çəkin və ya mətn sənədinə məlumatı ixrac (export) edin. WinMTR proqramından istifadə diaqnostik prosedurunu xeyli asanlaşdıracaq və sürətləndirəcək, bu o deməkdir ki, problemi daha sürətli həll edəcəkdir.

  • 1 Korisnici koji smatraju članak korisnim
Je li Vam ovaj odgovor pomogao?

Vezani članci

SİP - cavablar və mənaları

1xx = Məlumatlı cavablar SIP/2.0 100 Trying - sorğu işlənilir(hazırlanır) SIP/2.0 180 Ringing -...

Anydesk proqramının istifadə təlimatı

Bəzi hallarda texniki xidmət göstərdikdə Azerizone MMC şirkətinin əməkdaşları Sizin şəbəkədə...

Pis eşidilmə, qırılma və s. kimi xətaların səbəbləri və həlli üçün təlimatlar

Danışığın aydın olmaması, səsin ləngiməsi, danışıq zamanı əks-səda (exo) verməsi, həmçinin zəngin...

Şəbəkə, internet sürəti və buraxılış qabiliyyətinə tələblər və tövsiyyələr

SIP telefoniya üçün əsas tövsiyələr 1. Telefonu iki (üç, dörd və s.) Router / NAT / şəbəkə...

Cihazın IP ünvanını müəyyən etmək üçün Advanced IP LAN skanerindən istifadə təlimatı

Cihazın IP ünvanını tapmaq üçün şəbəkəni skan edib və şəbəkənizdəki ip ünvanlarının siyahısını...