WinMTR proqramı marşrutlaşdırıcılardan hansının yavaş işlədiyini və ya ümumiyyətlə işləmədiyini (məlumat paketlərini itirdikdə) aydın şəkildə görməyə imkan verir.
İlk öncə WinMTR proqramını yükləyin və kompüterinizdə quraşdırın. Proqramın interfeysindən nümunə:
Addım 1. "Host" sahəsində yoxlamaq istədiyiniz domeni daxil edin. VirtualATS istifadə etdikdə rabitənin keyfiyyəti ilə bağlı problemləriniz varsa, bu sahədə s.vats.az göstərin:
Addım 2. Diaqnostikanı başlatmaq üçün "Start" (Başlat) düyməsini basın.
Addım 3. "Sent" (Göndərilənlər) sahəsindəki paketlərin sayı 300-ə yaxın olduqda "Stop" (Dur) düyməsinə basaraq proqramı dayandırın.
Addım 4. Diaqnostikanın nəticələrini proqramın "Export TEXT" və ya "Export HTML" keçidləri ilə yaddaşda saxlamaq olar.
Proqram hər bir marşrutlaşdırıcı üzrə tam statistikanı göstərir:
Hostname- routerin IP ünvanı və ya domen adıdır.
No - Marşrutlaşdırıcının nömrəsi
Loss% - Bu müəyyən bir marşrutlaşdırıcının itirilmiş cavablarının faizilə göstərilmiş sayıdır
Sent - Bu müəyyən bir marşrutlaşdırıcının göndərilən sorğularının sayıdır
Recv - Marşrutlaşdırıcıdan alınan cavabların sayıdır
Best - Bu ən minimal gecikmə vaxtıdır
Avrg - Bu orta gecikmə vaxtıdır
Worst - Bu maksimal gecikmə vaxtıdır
Last - Bu ən son qəbul edilən paketin gecikmə vaxtıdır.
İP Telefoniyanın keyfiyyətli istifadəsi üçün 3%-dən daha az paket itkisi və gecikmə vaxtının (Wrst) 120-dən az olması tələb olunur. Şəbəkənizi bu proqram vasitəsilə yoxladıqdan sonra hər hansı mütəxəssisə məlumat vermək üçün "İxrac TEXT" düyməsini istifadə edərək ekran görüntüsü çəkin və ya mətn sənədinə məlumatı ixrac (export) edin. WinMTR proqramından istifadə diaqnostik prosedurunu xeyli asanlaşdıracaq və sürətləndirəcək, bu o deməkdir ki, problemi daha sürətli həll edəcəkdir.