Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar?

Müvəqqəti saytdan əsasən əsas saytda texniki işlərin getdiyi və ya quraşdırma hallarında istifadə olunur Burada adətən şirkət və ya brend haqqında qısa məlumatlar(məs. ünvan, telefon nömrəsi, elektron poçt ünvanı) əks olunur.

Müvəqətti saytı yaratmaq üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır

1. cPanel-ə daxil olun

2. Files bölməsində File Manager-i seçin:

3. Sol sütunda the (public_html/www) qovluğunu seçin:

4. Üst menyuda New File düyməsini klikləyin.

5. Faylın yeni adını «index.html» olaraq daxil edin(dırnaqsız).

6. Create New File düyməsini klikləyin.

7. Əsas siyahıda yaratdığınız yeni faylı tapın.

8. index.html işarəsinin üzərinə siçanın sağ düyməsini klikləyib açılan siyahıdan "HTML Edit" parametrini seçin.

9. Yeni açılan pəncərədə "Edit" düyməsini klikləyin.

10. HTML redaktorun səhifəsi açılacaq.

Müvəqqəti səhifəyə şəkil əlavə etmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır

1. cPanel-ə daxil olun

2. "File Manager" işarəsini klikləyin.

3. Sol sütunda (public_html / www) qovluğunu seçin.

4. Üst menyuda "Upload" düyməsini klikləyin:

5. Şəkilləri kompüterinizdə tapmaq üçün yeni pəncərədə "Select File" düyməsini klikləyin:

6. Şəkilin üstünə iki dəfə klikləyin və şəkil tam yükləndikdən sonra "Back to /home/your-user-name/public_html" linkini klikləyin.

7. HTML redaktoruna qayıdın. Şəkil ikonunun üstünə klikləyin:

8. Yeni açılan pəncərədə şəklin parametrlərini idarə etmək üçün xanalar əks olunmuşdur. Serverdə saxlanılan şəkli seçmək üçün "Browse Server" düyməsini klikləyin:

9. Yeni pəncərə açılacaq. İstifadə etmək istədiyiniz şəkili tapıb üstünə iki dəfə klikləyin:

10. Burada siz şəkilin ölçülərini dəyişə bilərsiniz. Şəkilin parametrlərini təyin etdikdən sonra OK düyməsini və daha sonra "Save" düyməsini klikləyin

  • 0 משתמשים שמצאו מאמר זה מועיל
?האם התשובה שקיבלתם הייתה מועילה

מאמרים קשורים

cPanel-də addon domeni necə silmək olar?

1. cPanel-ə daxil olun 2. "Domains" bölməsində "Addon Domains" işarəsini klikləyin: Növbəti...

cPanel-də Addon domeni necə yaratmaq olar?

Əlavə domen adı digər hostinq paketinə keçmədən əlavə saytlar yerləşdirməyə imkan yaradır....

cPaneldə faylların və qovluqların icazələrini necə dəyişmək olar?

Burada aşağıdakı 3 üsuldan istifadə olunur File Manager vasitəsilə SSH vasitəsilə Cron Jobs...

cPaneldə xəta(error) səhifələrini necə yaratmaq olar?

İstifadəçinin səhifənin ünvanını yanlış daxil etdiyi halda və ya bu kimi digər xətta baş verdiyi...

Web diskə necə qoşulmaq olar?

Web Disk-ə qoşulmaq üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır: 1. cPanel-ə daxil olun....