"Azertelekom" MMC-dən SİP nömrə alınma qaydaları

İP-telefoniya (internet telefoniya) rabitə xidməti xüsusi razılığa malik (lisenziyalı) fəaliyyət növüdür və bu lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin "Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi" şöbəsi tərəfindən təqdim edilir.

2008-ci ildə təsis edilmiş “AzerTelecom” MMC Azərbaycanda telekommunikasiya operatoru olmaqla beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif edir və İP-telefoniya (İnternet telefoniya) lisenziyasına malikdir. SİP nömrənin təmin edilməsi "Azertelekom" MMC tərəfindən və bizim ("Azerizone" MMC) vasitəçiliyimiz ilə həyata keçirilir. 1 SİP nömrə üçün ödəniş 30 AZN təşkil edir və eyni vaxtda bir neçə zəngin həyata keçirilməsindən asılı olaraq kanal əldə olunur. Aşağıda SİP nömrə üçün birdəfəlik və aylıq ödənişlər qeyd edilmişdir:

Birdəfəlik ödəniş:

- SİP nömrə üçün - 30 AZN (ƏDV daxil)

- 1 kanal üçün - 15 AZN (ƏDV daxil)

Aylıq ödəniş:

- SİP nömrə üçün - 7 AZN (ƏDV daxil)

- 1 kanal üçün - 3.5 AZN (ƏDV daxil)

Məsələn: Üç zəngin eyni vaxtda qəbul edilməsi üçün 2 əlavə kanal alınır. Bu zaman 2 əlavə kanal üçün birdəfəlik ödəniş 30 AZN, aylıq ödəniş isə 7 AZN təşkil edəcək.

Nömrə seçildikdən sonra aşağıdakı sənədləri təqdim etmək lazımdır:

1. VÖEN

2. Bank rekvizitləri

3. Nizamnamə

4. Dövlət reyestrindən çıxarış

5. Texniki və Maliyyə şöbəsindən əməkdaşdarın əlaqə nömrəsi

6. Rəhbərin şəxsiyyət vəsiqəsinin surəti

QEYD: Tələb olunan sənədlərin direktor tərəfindən imzalanmış, möhürlənmiş və "əsli ilə doğrudur yazısı" olan təsdiqlənmiş skan versiyasını digər sənədlərlə birlikdə mail vasitəsilə bizə təqdim edə bilərsiniz.

 

  • 5 Utenti hanno trovato utile questa risposta
Hai trovato utile questa risposta?

Articoli Correlati

"ULTEL" ltd-dən SİP nömrə alınma qaydaları

İP-telefoniya (internet telefoniya) rabitə xidməti xüsusi razılığa malik (lisenziyalı) fəaliyyət...

Ulduzlu (OSS) nömrə əldə edilməsi haqqında

One Smart Star Nömrələri dünyada yayılan, asan yadda qalan, ulduzlu nömrədə cəm edən yeni...

VirtualATS müştəriləri üçün təhlükəsizlik qaydaları

Şirkətimizin VirtualATS istifadəçilərinə bir sıra məcburi tələbləri vardır ki, onların icrası...

088 Tollfree pulsuz zəng nömrəsinin alınma qaydaları

Toll Free - həm mobil, həm də şəhər telefonlarından zəng edənə pulsuz əlaqə imkanı təqdim edən...