Şirkətimizin VirtualATS istifadəçilərinə bir sıra məcburi tələbləri vardır ki, onların icrası sizin məlumatlarınızı qoruyacaq və kənar müdaxiləni minimallaşdıracaqdır, olduğu təqdirdə isə məlumat və maliyyə itkilərinin qarşısını alacaqdır. Onlar aşağıdakılardır:
1. SIP istifadəçi adı və parolu məxfidir bu məlumat üçüncü tərəflərə, o cümlədən Azerizone əməkdaşlarına açıqlanmır, parol təhlükəsizlik tələblərinə cavab verməlidir.
2. VoIP şlüzlar, SIP telefonlar və proqramlarına SIP istifadəçi məlumatlarını daxil edərkən bu məlumatların üçüncü şəxslər üçün əlçatan olmayacağına əmin olun.
3. SIP proqramlardan istifadə edərkən kompüterinizin müxtəlif troyan və viruslara qarşı antivirus proqramları ilə qorunmasına əmin olun.
4. VoIP cihazında veb interfeysi varsa, parolların təhlükəsizlik tələblərini nəzərə alaraq VoIP cihazının parametrlərinə daxil olmaq üçün yeni giriş və şifrə təyin etməlisiniz.
5. VoIP cihazında Telnet interfeysi varsa, onu söndürməlisiniz və ya daha təhlükəsiz parol təyin etməlisiniz.
6. Avadanlıq imkanlarından asılı olaraq cihazı yalnız VirtualATS SIP domenini ilə əlaqələndirin.
7. Azerizone MMC-nin my.azerizone.net portalı və VirtualATS-in idarəetmə panelinə aid istifadəçi adı və parolu barədə üçüncü tərəfləri, o cümlədən Azerizone əməkdaşlarına məlumat bildirməyin.
Təhlükəsizlik paroluna qoyulan tələblər
Parol aşağıdakı tələblərə cavab verməlidir:
1. Ən azı 10 simvoldan ibarət olmalıdır;
2. Müxtəlif simvolları təşkil edə bilər;
3. Latın hərflərindən başqa nömrələr, durğu işarələri və ya xüsusi işarələrdən də istifadə etmək olar;
4. Lüğətdən, jarqondan, ləhcədən istifadə edilməməlidir;
5. Şəxsi informasiya olmamalıdır (ad, ünvan, doğum tarixi, telefon və s.)