Cubics CRM ilə VirtualATS-in inteqrasiya təlimatı

CRM hesabınızdan zəng etməkzəngi yönləndirmək və ya ləğv etmək kimi funksiyalardan istifadə etmək istəyirsinizsə, öz Virtual ATS – inizi Cubics CRM ilə inteqrasiya edə bilərsiniz.

Zəng tarixçəsini və səs yazılarınızəng edən şəxs haqqında məlumatları birbaşa zəng pəncərəsində görmək, satışlarınızı və əməkdaşlarınızın performasını artırmaqda sizə əvəzsiz yardımçı olacaq.

Virtual ATS ilə inteqrasiya üçün əvvəlcə öz Cubics CRM hesabınıza daxil olursunuz.

Ayarlar → İnteqrasiyalar və Azerizone “Quraşdır” bölməsinə klik edirik.

Burada görünən API açar və Gizli API açar bölmələri Virtual ATS – i CRM – inizə inteqrasiya üçün vacib olan bölmələrdir. Bu bölmələri web.vats.az hesabınızdan əldə edirsiniz.

Bunun üçün web.vats.az saytına daxil olursunuz. Burada Sistemə daxil ol düyməsinə klik edərək İstifadəçi adı və Parol – unuzu daxil edirsiniz.

Azerizone ilə inteqrasiya

Daha sonra açılan səhifədə Ümumi xüsusiyyətlər → İnteqrasiya bölməsinə daxil oluruq.

Azerizone ilə inteqrasiya

İnteqrasiya bölməsinə daxil olduqda açılan səhifədə API açar və Gizli API açarı bölmələrindəki kodları kopyalayaraq Cubics CRM – dəki müvafiq bölməyə əlavə edirik.

Azerizone ilə inteqrasiya

Kopyaladığımız API açar və Gizli API açarı kodlarını Cubics CRM – də müvafiq bölmələrə əlavə edirik və Daxili nömrələri tap düyməsinə klik edirik.

Azerizone ilə inteqrasiya

Daha sonra daxili nömrələrinizin yerləşdiyi səhifə açılır. Burada Daxili nömrə bölməsində nömrələr yerləşir və bölməyə klik edərək rəqəmlərdə dəyişiklik edə bilərsiniz.

Cavabdeh şəxs bölməsində şirkət əməkdaşlarının adı yerləşir. Burada hər bir əməkdaşın adına nömrəni uyğunlaşdıra bilərsiniz.

“x” düyməsinə klik edərək daxili nömrəni silə bilərsiniz.

Yönləndir bölməsinə klik edərək bəli və ya xeyr qeyd edərək şirkətə gələn zənglərin itməməsi üçün müvafiq nömrələrdən zənglərin yönlənməsinə nail ola bilərsiniz.

Əlaqə nömrələri olan səhifənin sonuna gələrək “+” işarəsinə klik edərək yeni daxili nömrə əlavə edə bilərsiniz. Sonda Yadda saxla düyməsinə klik edərək müvafiq dəyişiklikləri yadda saxlayırsınız.

Yadda saxla düyməsinə klik etdikdən sonra səhifənin əvvəlində yeni bölmələr görünür.

  • Zəng haqqında bildiriş üçün ünvan
  • Menecerlərin təyinatının alınması üçün ünvan

Ümumi xüsusiyyətlər → İnteqrasiya  İnteqrasiya yaratmaq düyməsinə klik edirik.

Yeni inteqrasiya yaratmaq punktunu seçirik. Bu zaman 3 bölmə aktivləşir. 1 – ci xanaya hesabınızın (şirkətin və s. burada Cubics CRM) qeyd edirsiniz.

Zəng haqqında bildiriş üçün ünvan və Menecerlərin təyinatının alınması üçün ünvan bölmələrinə isə Cubics CRM – dən kopyaladığımız ünvanları əlavə edirik. Yaddaşda saxla düyməsinə klik edirik.

Bununla da Virtual ATS ilə inteqrasiya tamamlanır. Artıq siz Cubics CRM hesabınızda Zənglər bölməsində zəngləriniz haqqında lazımi məlumatlar əldə edə və bu funksionallıqlardan yararlana bilərsiniz.

 

  • 0 Користувачі, які знайшли це корисним
Ця відповідь Вам допомогла?

Схожі статті

API istifadə etməklə VirtualATS ilə inteqrasiya

VirtualATS-ə sorğularDövr üzrə zəng siyahısının tələb edilməsi URL...

GEN CRM ilə VirtualATS-in inteqrasiya təlimatı

1. Quraşdırma üçün ilk öncə GEN CRM hesabınızda məlumatları tapaq. 1.1. Bunun üçün hesabınızdakı...

RetailCRM ilə VirtualATS-in inteqrasiya təlimatı

1. Tətbiqi retailCRM hesabınıza quraşdırın 1.1. Bunu etmək üçün sistemdə şəxsi hesabınızdakı...

Envybox ilə VirtualATS-in inteqrasiya təlimatı

1.Tətbiqi Envybox hesabınıza quraşdırın 1.1. Bunu etmək üçün sistemdə şəxsi hesabındakı...

Bitrix 24 ilə VirtualATS-in inteqrasiya təlimatı

1.Tətbiqi Bitrix24 hesabınıza quraşdırın 1.1. Bunu etmək üçün sistemdə şəxsi hesabındakı...