Roundcube və ya Horde-də E-poçtun ehtiyat nüsxəsini(backup) necə aparmaq olar?

Roundcube, eləcə də Horde interfeyslərindən istifadə edərək elektron poçtlarınızı cPanel veb poçtuna ixrac etmək mümkündür.

 

Bunun üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır


Roundcube

E-poçtların yerli kompüterinizə ehtiyat nüsxəsini çıxarmaq (ixrac etmək) üçün tələb olunan e-poçtları seçin və "More" işarəni vurun:

Açılan siyahıdan Download (.eml) variantını seçin və məktubları saxlamaq istədiyiniz yeri seçin:

Roundcube vasitəsilə elektron məktubları import etmək üçün dişli çarx işarəsini klikləyin və Import messages-ı seçin:

Bundan sonra, import etmək istədiyiniz ehtiyat nüsxəsini seçin və Upload düyməsini klikləyin:

 

QEYD:Bir çox elektron poçt xidmətləri .eml formatında olan faylları dəstəkləyir. Təəsüf ki, Roundcube birdəfəlik bir neçə elektron məktubu seçməyə imkan vermir. Tam qovluğun və ya hesabın ehtiyat nüsxəsini aparmaq istədiyiniz halda, Horde-ni istifadə etmək məsləhətdir.


Horde

Bir məktubun ehtiyat nüsxəsinin yaradılma prosesi Roundcube-dakı əməliyyatlarla eynilik təşkil edir.

Inbox, Sent və digər qovluqlaradaki bütün elektron məktubları saxlamaq üçün həmin qovluğun üstünə siçanın sağ düyməsini klikləyin və Export variantını seçin.

Daha sonra ehtiyat nüsxəsinin formatını seçməlisiniz - MBOX və ya zipped MBOX. Əgər elektron məktubları sadəcə saxlamaq istəyirsinizsə, zipped MBOX formatını seçməyi məsləhət görürük, çünki bu formatda fayl daha az yer tutmuş olacaq.

 

mbox faylını elektron poçtu cPanel-də digər Horde hesabına köçürmək üçün istifadə etmək olar

 

Məktubların Horde-ya import edilməsi üçün məktubları köçürmək istədiyiniz qovluğun üstünə siçanın sağ düyməsi ilə klikləyin və "Import" variantını seçin.

Daha sonra ehtiyat nüsxəsini Mbox və ya .eml formatında seçib OK düyməsini klikləyin.

 

İndi elektron məktublarınız digər elektron poçt hesabına import olunur.

 

E-poçtların ehtiyat sənəddən hesaba yükləndiyi haqqında bildirişini alacaqsınız:

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

Yandex-də domen adı əsasında e-poçtu necə əlavə etmək olar?

Yandex-də yeni e-poçt yaratmaq üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır My domains...

cPanel-də elektron poçt hesabını necə yaratmaq olar?

cPanel-də elektron poçt hesabı yaratmaq üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır.   1....

cPanel-də email forwarding necə quraşdırmaq olar?

Bir Email Forwarding yaratmaq üçün aşağıdakı addımları yerinə yetirin:   1. cPanelə daxil olun;...

E-poçt hesabının şifrəsini necə yeniləmək(dəyişmək) olar?

E-poçt hesabı sahibi mövcud şifrəni dəyişdirmək üçün bu üsuldan istifadə edə bilər. Yeni şifrəni...

Webmaildə spam qovluğu harada yerləşir?

Spam qovluğuna daxil olmaq üçün:   1. CPanel-ə daxil olun və "E-poçt" bölməsinə keçin   2....