1. cPanel-ə daxil olun.
2. cPanel-in əsas ekranında "Software" bölməsində "Select PHP Version" düyməsini klikləyin:
3. PHP-nın mövcud versiyası üçün aşağıdakı modullardan hansını aktivləşdirmək istədiyinizi seçin:
- Modulu aktiv etmək üçün onu işarəliyin
- Modulu deaktiv etmək üçün onun yanındakı işarəni silin.
- Daxil edilən parametrləri saxlamaq üçün "Save" düyməsini klikləyin.
Modullar siyahısı üçün default parametrləri təyin etmək üçün "Use Defaults" düyməsini klikləyin.
4. PHP-nın mövcud versiyası üçün parametrləri dəyişdirmək üçün isə aşağıdakı addımları yerinə yetirmək lazımdır.
"Switch to PHP Settings" düyməsini klikləyin.
Hansı parametri dəyişdirmək istəyirsinizsə, onun yanındakı dəyərin üzərinə klikləyin.
Parametrin növündən asılı olaraq seçə biləcəyiniz standart parametrlərin siyahısı görünəcək və ya dəyəri daxil edə biləcəyiniz bir sahə əks olunacaq.
Parametrləri saxlamaq üçün "Apply" düyməsini, sonra isə "Save" düyməsini klikləyin.