Hesabınız üçün quraşdırılmış PHP versiyasını yoxlamaq üçün iki üsul mövcuddur.
1-ci üsul
Hesabınız üçün hansı PHP versiyasının seçildiyini yoxlamaq üçün cPanel -> "Software" bölməsində -> "Select PHP version" menyusunu seçin:
Hazırki PHP versiyasını PHP uzantılarının yuxarısınıda görəcəksiniz:
Bu funksiya adətən PHP konfiqurasiyasının mövcud vəziyyətini yoxlamaq üçün istifadə olunur.
Bu üsulu həmçinin debugging üçün də istifadə etmək mümkündür(bütün EGPCS (Environment, GET, POST, Cookie, Server) verilənlərini daxil etdiyi üçün).
Funksiyanın aktiv edilməsi
1. cPanel hesabına daxil olun.
2. "Files" bölməsində "File Manager" menyusuna keçin:
3. public_html kataloquna keçin və "New File" üzərinə klikləyin və phpinfo.php faylını yaradın:
4. Yeni yaradılmış faylı siyahıda tapın və "Code Editor" düyməsini klikləyin:
Aşağıda qeyd olunan kodun sətirlərini fayla əlavə edin və "Save Changes" düyməsini klikləyin:
<? PHP phpinfo (); ?>
Əgər hesabınızın PHP konfiqurasiyası haqqında ətraflı məlumatı görmək istəyirsinizsə, brauzerinizdə http://yourdomain.com/phpinfo.php linkini yourdomain.com.-u əsas domen adınız ilə əvəz edərək açın.
Bütün bu əməliyyatları yerinə yetirdikdən sonra təhlükəsizliyi təmin etmək üçün lazım olan bütün məlumatları yoxlayandan sonra faylı silin.