1. cPanel-ə daxil olun > Preferences bölməsindən "User Manager" alətini seçin.
2. Yeni açılan səhifədə artıq mövcud istifadəçilərin siyahısını görəcəksiniz. Yeni istifadəçi əlavə etmək üçün "Add user" düyməsini klikləyin
3. Növbəti səhifədə yeni istifadəçi haqqında əsas məlumatları daxil etmək lazımdır
4. Davam etmək üçün yeni hesabın şifrəsini təyin etmək lazımdır və bunun üçün iki variant mövcuddur:
The user will set the password - Şifrənin istifadəçi tərəfindən təyin olunmasını istədiyiniz hallarda bu variant uyğundur. Burada şifrə istifadəçi tərəfindən təyin olunur.
Set the user’s password - Bu halda şifrəni siz təyin edirsiniz.
Aşağıdakı nümunədə bu variantı istifadə edəcəyik.
5. "Create" düyməsini klikləyin.
Siz həmçinin "Generate" düyməsini klikləyə bilərsiniz. Bu halda təsadüfi bir şifrə yaranacaq. Şifrəni göz işarəsinin üzərinə klikləyib görə bilərsiniz.