cPanel-ə daxil olduğda giriş məlumatlarını yanlış daxil etdiyinizdə bu haqda xəta alacaqsınız, belə hallarda cPanel hesab məlumatlarını yenidən yoxlayın və düzgün daxil edin. Hesab məlumatları qeydiyyat zamanı biz tərəfdən sizə göndərilən məktubda qeyd olunur.
cPanelə daxil ola bilməmək bir neçə səbəbdən ola bilər
DNS yönlənmə
Bu bir qədər vaxt tələb edən prosesdir Çünki yerli internet provayderlərə dünyanın müxtəlif ölkələrindəki DNS serverlərin keşini yeniləmək üçün 24 saata (bəzən daha çox) qədər vaxt tələb oluna bilər. Keşləmə müddəti müxtəlif internet provayderlərdə fərqləndiyinə görə DNS dəyişikliklərinin tam qüvvəyə minməsi üçün vaxt tələb olunur.
Domen hostinqə bağlı olmadıqda
Əgər cPanel hesabına http://example.com/cpanel və ya http://cpanel.example.com URL ünvanları vasitəsilə daxil ola bilmirsinizsə, bu zaman domenin hostinqə bağlı olduğuna yoxlamaq lazımdır Bunun üçün neymserverlər dəyişdirilməlidir. Azerizone-da qeydiyyatdan keçmiş domenlər üçün neymserverlərin dəyişdirilməsinə dair təlimatı burada görə bilərsiniz.
Üçüncü tərəf qeydiyyatçı vasitəsilə qeydiyyatdan keçirilibsə, onların dəstək xidməti ilə əlaqə saxlayın və neymserverlərini Azerizone-in neymeserverlərinə dəyişmələrini xahiş edin.
Portun bloka salınması
Bu cPanel URL ünvanlarından heç biri açılmırsa:
http://example.com/cpanel
http://example.com.2083
http://example.com:2082
http: // servername / cpanel
http: // servername: 2083
http: // servername: 2082
http: // cPanel_IP / cpanel
http: // cPanel_IP: 2083
http: // cPanel_IP: 2082
Belə olduqda o deməkdir ki cPanel çıxış portları bir neçə səbəbdən(internet provayderiniz, lokal kompüter, şəbəkə, firewall (qoruyucu divar) və ya antivirus) bloklanıb. Bu cür hallarda http://cpanel.example.com saytından istifadə edə bilərsiniz. Çünki bu saytda internetdə hər kəs üçün mövcud olan HTTP port 80 istifadə olunur.
IP-nin bloka salınması
Əgər bütün URL ünvanları sınadıqdan sonra serverə qoşularkən yenə də xəta(Server connection timed out error) mesajı alırsınızsa ehtimal ki, xarici IP ünvanınız firewall (qoruyucu divar) tərəfindən bloklanmışdır. Bu problemi həll etmək üçün dəstək komandamıza müraciət edin. Xarici IP ünvanınızı buradan yoxlaya bilərsiniz.