Əlavə domen adı digər hostinq paketinə keçmədən əlavə saytlar yerləşdirməyə imkan yaradır. Hostinq hesabınıza yeni bir domen adı əlavə etmək üçün yerinə yetirməli olduğunuz 2 əsas vəzifə vardır
1. Domen adınızı Azerizone-in neymserverlərinə yönəltməlisiniz.
2. Domen adınızı hesabınızın yerləşdiyi serverə əlavə edin.
Əlavə domen adı ilə əsas domen adı üst üstə gəlsə, bu DNS sinxronizasiyasında və saytın çalışmasında problemlərə səbəb ola bilər. Əlavə domen adı əlavə etmək üçün aşağıdakıları etməlisiniz.
Domen adını bizim neymserverlərimizə yönəltmək.
Domen adınız digər qeydiyyatçıdan əldə edilibsə, onların dəstək xidməti ilə əlaqə saxlayıb, neymserverləri Azerizone-in neymserverlərinə dəyişdirmələrini xahiş edin.
Yeni domen adını əlavə etmək
1. cPanel > "Domains" bölməsinə keçib "Addon Domains" menyusunu seçin:
2. "Create an Addon Domain" bölməsində vacib məlumatları daxil edin.
Qeyd:"New Domain Name" sahəsində "That is not a valid domain" xətası ilə qarşılaşmamaq üçün əlavə domen adından əvvəl və sonra heç bir əlavə boşluq olmadığından əmin olun. Bu zaman "Subdomain" və "Document Root" sahəsi avtomatik olaraq doldurulacaq.
Əlavə domen adınız üçün üçün FTP hesabı yaratmaq istəyirsinizsə, "Create an FTP account associated with this Addon Domain" variantını seçin. Bu zaman "FTP Username" və "Password" və "Password(Again)"sahəsi avtomatik olaraq doldurulacaq.
3. "Add domain" düyməsini klikləyin.