Burada aşağıdakı 3 üsuldan istifadə olunur
File Manager vasitəsilə
SSH vasitəsilə
Cron Jobs vasitəsilə
File Manager vasitəsilə
Az sayda faylların icazələrini dəyişdirmək üçün bu üsuldan istifadə olunur Əks halda SSH və ya Cron Jobs istifadə etmək daha üstündür.
1. cPanel hesabına daxil olun, "Files" bölümünə keçin və "File Manager" düyməsini klikləyin.
2. Veb kontentin root kataloqunu (public_html kataloqu) köçürdün.
3. "Permissions" adlı sağ sütunda mövcud icazələri görə bilərsiniz.
4. Müəyyən bir faylı və ya qovluğu dəyişmək üçün üzərinə siçanın sağ düyməsi ilə klikləyin və "Change Permissions"-ı seçin. Açılan pəncərədə istədiyiniz icazələri təyin edə biləcəksiniz.
Sonda hər bir istifadəçi qrupu üçün tələb olunan icazələri seçin və dəyişiklikləri saxlayın. Fayl menecerinin yuxarı menyusunda "Permissions"-ı seçərək eyni düyməni istifadə edə bilərsiniz və ya sadəcə sağ sütundakı fayl icazələrini iki dəfə klikləyin.
SSH vasitəsilə
Chmod komandası fayl icazəsini dəyişdirmək üçün istifadə olunur.
1. SSH vasitəsilə cPanel hesabınıza qoşulun və aşağıdakı komandanı istifadə edərək, public_html ünvanına keçin,
cd /home/username/public_html
İstifadəçi adını cPanel istifadəçi adınızla əvəz edin:
3. Qovluqlar üçün 0755, fayllar üçün isə 0644 icazələrini təyin etmək üçün aşağıdakı əmrlərdən birini işə salın,
find -type f | xargs chmod 644 ; find -type d | xargs chmod 755 ; chmod 750 . -c və ya
find ./ -type f -not -perm 644 -not -name ".ftpquota" -exec chmod 644 -c {} \;; find ./ -type d -not -perm 755 -not -group nobody -exec chmod 755 -c {} \;
Əməliyyat bitdikdən sonra giriş icazəsi düzəldilmiş fayl və qovluqların siyahısını görəcəksiniz.
Cron Jobs vasitəsilə
cPanel-də cron Jobs vasitəsiylə fayllarınızın və qovluqlarınızın icazələrini dəyişdirilmək üçün:
1. cPanel hesabınıza daxil olun> Advanced bölməsi> Cron Jobs menyusu:
2. "Add New Cron Job" bölməsində, "Common Settings" parametrini "Once Per Minute " təyin edin və aşağıdakı skriptlərdən birini Command xəttinə əlavə edin:
cd /home/username/public_html ; find -type f | xargs chmod 644 ; find -type d | xargs chmod 755 ; chmod 750 . -c və ya
cd /home/username/public_html ; find ./ -type f -not -perm 644 -not -name ".ftpquota" -exec chmod 644 -c {} \;; find ./ -type d -not -perm 755 -not -group nobody -exec chmod 755 -c {} \;
İstifadəçi adını cPanel istifadəçi adınızla əvəz edin və Yeni "Add New Cron Job" düyməsini klikləyin.
3. Müvafiq dəyişikliklər yerinə yetənə kimi bir neçə dəqiqə gözləyin və Delete düyməsinə klikləyərk onu silin.