Toll Free - həm mobil, həm də şəhər telefonlarından zəng edənə pulsuz əlaqə imkanı təqdim edən danışıq xidmətidir. Azərbaycan üçün Toll-Free 088 prefiksi ilə başlayan və 3, 7 aralığında rəqəm sayından ibarət olan nömrələrdir. Bu nömrələrə edilən zənglərə görə ödənişi zəng edən tərəf deyil, zəngi qəbul edən Toll Free abunəçisi həyata keçirir.
Toll-Free nömrələrin quraşdırılması yerli və beynəlxalq sabit və mobil şəbəkə operatorları ilə qurulan tərəfdaşlıqlar əsasında Avirtel MMC tərəfindən 1 iş günü ərzində həyata keçirilir. Quraşdırılma zamanı müştəri tərəfdə hər-hansı bir proqramlaşdırmaya ehtiyac yoxdur.
Toll Free nömrələr həm Azərbaycan daxilində, həm də xaricdə quraşdırıla bilər. Baş ofisi xarici ölkədə yerləşən şirkətlər üçün bu, əvəzedilməz imkandır. Belə ki, bu halda beynəlxalq şirkətlər Azərbaycanda ofis qurmaq, zəng mərkəzi yaratmaq kimi əlavə xərclərdən azad olmaqla yanaşı, öz müştəriləri üçün şirkətlə pulsuz əlaqə imkanı təmin edirlər.
Nömrələrin abunə haqqı rəqəmlərin kombinasiyasına görə dəyişə bilər. Toll-Free abunəçi seçilmiş nömrəyə görə aylıq abunə haqqı və daxil olan zənglər üzrə ödəmə edir. Xidmətə qoşulma zamanı quraşdırma haqqı və birdəfəlik depozit nəzərdə tutulur.
Toll Free nömrəsinin alınması və digər məsələlərlə bağlı əməkdaşlarımız Sizə yardımçı ola bilərlər.