phpMailer-in üstünlükləri hansılardır?

İlk öncə onu qeyd edək ki, phpMailer təminatı elektron məktubların ötürülməsi üçün üçün nəzərdə tutulmuşdur və hazırda PHP developerlər tərəfindən ən çox istifadə olunan üsuldur.

phpMailer adi elektron poçtdan fərqi?

Adi elektron poçt vasitəsi üçün elektron poçt serverinin alt sistemi istifadə olunur. Hər hansı parametrləri, məsələn, SMTP-serveri və ya autentifikasiya parametrlərini dəyişmək istədiyiniz halda bunu bütün sistem üzrə etməlisiniz.

Fiziki server istifadəçisi deyilsinizsə və ya daxili PHP development mühiti istifadə edirsinizsə, bu proses kifayət qədər çətin ola bilər. Həmçinin Müxtəlif konfiqurasiyaların eyni zamanda istifadəsi, bir neçə SMTP hesablarının istifadəsi və bir hesabdan o biri hesaba keçmək mümkün deyil. Lakin phpMailer hər hansı bir parametri birbaşa skriptin içərisində asanlıqla dəyişməyə imkan verir.

Bəzi funksiyalar vardır ki onu phpMailer edəbildiyi halda adi elektron poçt edə bilmir. Adi elektron poçt vasitə kimi əlavə funksiyalar ilə təmin etmir və daha çox adi elektron məktubları ötürülməsi üçün uyğundur. Lakin məktubu əlavə etmək və ya HTML formatında ötürmək istədiyiniz halda, bunu PHPMailer vasitəsilə etmək daha asan olacaq.

PHPMailer-in əlavə üstünlükləri:

1. Elektron məktubu hər hansı bir səbəbdən ötürmək alınmasa, PHPMailer xəta haqqında bildirişi 40-dan çox dildə göndərmək bacarığına malikdir.

2. SMTP protokolunun dəstəyi SSL və TLS üzərində inteqrasiya olunur.

3. Qeyri-HTML poçt vasitələi üçün elektron məktubun alternativ mətb versiyasını göndərir.

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

phpMailer-i paylaşılan hostinqdə necə quraşdırmaq olar?

Bunun üçün ilk öncə PHPMailer-in mənbə fayllarını yükləyib lazımlı faylları əlavə etmək lazımdır....

Powered by WHMCompleteSolution