PHP-nin versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar?

Hesabınız üçün quraşdırılmış PHP versiyasını yoxlamaq üçün iki üsul mövcuddur.

1-ci üsul

Hesabınız üçün hansı PHP versiyasının seçildiyini yoxlamaq üçün cPanel -> "Software" bölməsində -> "Select PHP version" menyusunu seçin:

Hazırki PHP versiyasını PHP uzantılarının yuxarısınıda görəcəksiniz:

Bu funksiya adətən PHP konfiqurasiyasının mövcud vəziyyətini yoxlamaq üçün istifadə olunur.

Bu üsulu həmçinin debugging üçün də istifadə etmək mümkündür(bütün EGPCS (Environment, GET, POST, Cookie, Server) verilənlərini daxil etdiyi üçün).

Funksiyanın aktiv edilməsi

1. cPanel hesabına daxil olun.

2. "Files" bölməsində "File Manager" menyusuna keçin:

3. public_html kataloquna keçin və "New File" üzərinə klikləyin və phpinfo.php faylını yaradın:

4. Yeni yaradılmış faylı siyahıda tapın və "Code Editor" düyməsini klikləyin:

Aşağıda qeyd olunan kodun sətirlərini fayla əlavə edin və "Save Changes" düyməsini klikləyin:

<? PHP phpinfo (); ?>

Əgər hesabınızın PHP konfiqurasiyası haqqında ətraflı məlumatı görmək istəyirsinizsə, brauzerinizdə http://yourdomain.com/phpinfo.php linkini yourdomain.com.-u əsas domen adınız ilə əvəz edərək açın.

Bütün bu əməliyyatları yerinə yetirdikdən sonra təhlükəsizliyi təmin etmək üçün lazım olan bütün məlumatları yoxlayandan sonra faylı silin.

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

phpMyAdmin vasitəsilə verilənlər bazasında cədvəli necə yarataq olar?

phpMyAdmin VASİTƏSİLƏ VERİLƏNLƏR BAZASINDA CƏDVLİ NECƏ YARATMAQ OLAR? 1. cPanel-ə daxil olun....

phpMyAdmin-də verilənlər bazasını necə import etmək olar?

phpMyAdmin-də VERİLƏNLƏR BAZASINI NECƏ İMPORT ETMƏK OLAR? 1. cPanel-ə daxil olun. 2....

phpMyAdmin vasiləsilə verilənlər bazasının ehtiyat nüsxəsini(backup) necə yaratmaq olar?

PHPMYADMİN VASİTƏSİLƏ VERİLƏNLƏR BAZASININ EHTİYAT NÜSXƏSİNİ (BACKUP) NECƏ YARATMAQ OLAR? 1....

.htaccess vasitəsilə php skriptin yerinəyetmə vaxtını necə artırmaq olar?

MAX_EXECUTION_TIME direktivinin istifadəsi. Əsasən PHP skriptin yerinəyetmə vaxtı 30 saniyə...

cPanel-də php-nin modullarını necə yaratmaq olar?

1. cPanel-ə daxil olun. 2. cPanel-in əsas ekranında "Software" bölməsində "Select PHP Version"...

Powered by WHMCompleteSolution