VirtualATS-ə qoşulmadan öncə telefonu düzgün quraşdırmaq şərtdir. Bir çox müştərilərimizin çətinlik çəkdiyi məqamlardan biri telefon kabelinin düzgün porta taxılmamasıdır. Kabeli Net(şəkildə qeyd olunan) porta taxdıqdan sonra telefonun işə düşməsini gözləyirik.
Bundan sonra bizə telefonun İP ünvanı lazım olacaq. Bildiyimiz kimi hər bir telefonun fərdi İP ünvanı vardır. İP ünvanı öyrənmək üçün Menu -> Status bölməsinə daxil olun. Əldə etdiyimiz İP ünvanı brauzerdə axtarış bölməsində qeyd edirik.
Bundan sonra ilk görəcəyimiz iş proqram təminatının sonuncu versiyasını yükləmək lazım olacaq. Bunun üçün linkə daxil olun İP phones bölməsindən modeli seçib yükləyin. Yüklənmə bitdikdən sonra veb interfeysdə “Upgrade” bölməsinə daxil olub “Software Upgrade” hissəsində yüklənmiş proqram təminatının linkini daxil edib “Upgrade” düyməsini klikləyin. Telefonun ekranına baxaraq yenilənmənin gedişatını izləyə bilərsiniz.
Apply düyməsinə klikləyirik.
Qeyd: Yenilənmədən sonra İP ünvan dəyişə bilər. Həmçinin yenilənmə zamanı şəbəkə problemlərinin olmamasından əmin olmaq lazıımdır. Əks halda yenilənmə yarıda qalaraq problem yarada bilər. Yenilənmə bitdikdən sonra Phone settings bölməsinə keçərək Time/Date bölməsində vaxtı dəyişirik.
Apply düyməsinə klikləyirik.
Bundan sonra Line bölməsinə keçərək lazımi məlumatları daxil edirik. SİP hissəsində web.vats.az hesabınızdan əldə etdiyimiz məlumatları müvafiq xanalara qeyd etmək lazımdır. Diqqət: İşə başlamadan öncə web.vats.az-da daxili nömrə yaradırıq.
Sip istifadəçi/Login adını Username və Authentication User xanasında qeyd edirik.
Digər xanaları da şəkildə göstərildiyi qaydada qeyd etdikdən sonra Apply
düyməsinə klikləyirik.
Daha sonra Basic Settings sözünün üzərinə klikləyib Use STUN sözünün qarşısında işarə qoyub Apply düyməsinə klikləyirik.
Növbəti addımda Basic Settings bölməsinə keçib müvafiq məlumatları yerləşdirib Apply düyməsinə klikləyirik.
Diqqət: Bütün əməliyyatlar yerinə yetirildikdən sonra Registered sözünün qarşısında TRUE göstərilməlidir. Əks halda(FALSE yazılarsa) parametrlərin düzgün olub-olmadığını yoxlamalı olacaqsınız.
Sonda Activate sözünün qarşısında işarə qoyuruq və zənglər edərək telefonu yoxlayırıq.