Sürətli başlanğıc

Bu təlimat ilk öncə VirtualATS-i və ona qoşulmuş telefon və softfonların işini yoxlamaq üçün istifadə olunur. Daha sonra isə lazım olduğu hallarda VirtualATS üzərindən daha mürəkkəb ssenarilər qura bilərsiniz.

1. Qeydiyyatdan keçərkən daxil etdiyiniz login(ad) və şifrə ilə şəxsi kabinetinizə daxil olun.

2. "Ümümi Xüsüsiyyətlər" bölməsində "Daxili nömrələr" klikləyin və daxili nömrə yaradın.

İlkin mərhələdə daxili nömrə və sahibin adını daxil etmək kifayətdir.

Yaddaşda saxla düyməsini kliklədikdən sonra daxil edilmiş nömrə siyahıda görünəcəkdir. Əlavə məlumatlar daxil etmək və müəyyən dəyişikliklər aparmaq mümkündür. Login(ad), şifrə və serverin ünvanı avtomatik olaraq yaradılacaqdır. Onlar telefonunuzun konfiquriyası üçün lazım olacaqdır.

3. Telefoniya sxemi bölməsində gələn və çıxan zənglərin sxemini yaradın.

Burada zəngləri əlavə edərək sxem yaradılır ki, işarəni klikləyərək yeni element yarada və ya mövcud elementlərdən birini əlavə edə bilərsiniz.

Sxemin yaradılması prosesi başa çatdıqdan sonra "Yaddaşda saxla" düyməsini klikləmək lazımdır.

Sxemi işə salmaq üçün onu aktiv etmək lazımdır.

Aktiv sxemin qarşısında bir işarə əks olunur.

Eyni qayda ilə gedən zənglər üçün sxem yaradılır.

Sxem yaradılan zaman nömrələri qeyd etmək lazımdır.

Qeyd: Daxili nömrə yalnız bir çıxış zəng sxeminə aid ola bilər

  • 2 Utilisateurs l'ont trouvée utile
Cette réponse était-elle pertinente?

Articles connexes

Monitorinq

Monitorinq sahəsi əsas statistika və zənglər haqqında məlumatları özündə əks etdirir. Məsələn,...

Konfransların idarə olunması

Daxili nömrələrin idarəolunması "Ümümi Xüsüsiyyətlər — Konfrans zəng" bölməsində əks olunmuşdur....

İstifadəçilərin yaradılması

VirtualATS sistemində 3 növ istifadəçi vardır - administrator, katib və istifadəçi...

Səsli poçtların idarəolunması

Səsli mesajların idarəolunması Ümümi Xüsüsiyyətlər — Səsli poçt qutusu bölməsində əks olunmuşdur....

Qrupların idarəolunması

Qrupların idarəolunması "Ümümi Xüsüsiyyətlər — Qruplar" bölməsində əks olunmuşdur. Qrup - bir...