Növbələrin idarə olunması

Növbə bütün ATSlərin ayrılmaz hissəsidir. O bir neçə daxili nömrəni birləşdirməyə və müştərilərin zənglərini bu nömrə qrupuna yönəltməyə imkan verir. Abonentlər  zəng zamanı xəttdə gözləyərkən növbədəki yeri və ya cavablandırılacağı təqribi müddət haqqında məlumatlandırılır və növbə sırası ilə daxili nömrələr üzrə yönləndirilir. Zəng gələrkən əgər bütün operatorlar məşğuldursa, abonent növbədəki yeri və gözləmə müddəti haqqında bildiriş alacaq. Boş operator olduğu halda isə növbədəki zəng dərhal həmin operatora yönləndiriləcək. Məhz bu səbəbdən növbə ATS-in əsas hissəsini təşkil edir. Gəlin, növbələrin necə yarandığını və onun funksionallığını öyrənək.

Növbələrin idarəolunması "Ümümi Xüsüsiyyətlər — Növbə" bölməsində əks olunmuşdur. Növbə yaratmaq üçün "Növbə yaratmaq" sözünə klikləyib lazımi parametrləri qeyd etmək lazımdır.

Növbələrin idarəolunması "Ümümi Xüsüsiyyətlər — Növbə" bölməsində əks olunmuşdur.

Növbə - Çağırışın cavablandırılmasını gözləyərkən zəng edənləri növbədəki yeri və ya cavablandırılacağı təqribi müddət haqqında məlumatlandıraraq onları növbə sırası ilə daxili nömrələr üzrə yönləndirir.

Növbə yaratmaq üçün "Növbə yaratmaq" sözünə klikləyib lazımi parametrləri qeyd etmək lazımdır.

Növbə adı – bu sahəyə istədiyimiz növbə adını daxil edirik (məsələn, "Satış şöbəsi"). Bu sadəcə ATS-də əks olunmaq üçün istifadə ediləcək, məsələn, zənglərn sxemini yaradarkən.

Daxili nömrə - bu sahəyə növbədə olmağını istədiyimiz daxili nömrələri daxil edirik(10-9999 aralığında istənilən nömrə)

Gözləmə musiqisi – bu sahəyə hər hansı bir səs faylını əlavə edirik. Həmin musiqi abonent xəttdə gözləyərkən çalınacaq.

Növbədə gözləmə vaxtı – bu sahədə müştərinin xəttdə maksimuum gözləmə müddəti saniyələrlə qeyd edilir. Gözləmə vaxtı bitdikdən sonra əlaqə kəsiləcək

Zəng strategiyası - növbədəki zəngləri operatorlar arasında nizamlayan parametrdir. Aşağıdakı seçimlər mövcuddur:

1. "Hər kəsə zəng" - növbə çərçivəsində cavab verəcəyi qeyd olunan və məşğul olmayan bütün operatorlara eyni anda yönləndirilir.

2. "Ən gec cavab verən" - növbə çərçivəsində cavab verəcəyi qeyd olunan və digərlərindən ən gec cavab verən operatora yönləndirilir.

3. "Ən az cavab verən" - növbə çərçivəsində cavab verəcəyi qeyd olunan və digərlərindən daha az sayda zəngə cavab vermiş operatora yönləndirilir.

4. "Təsadüfi" - növbə çərçivəsində cavab verəcəyi qeyd olunan təsadüfi bir operatora yönləndirilir.

5. "Dairəvi" – burada zənglər dairəvi formada ardıcıl olaraq yönləndirilir.

“Ətraflı ayarları göstər” - bura klikləyərək növbə ilə bağlı əlavə parametrlərə keçid edə bilərsiniz.

"Növbəyə keçidlə bağlı məlumat" – bu sahədə abonentin növbəyə keçərkən eşitməyini istədiyiniz səs faylını əlavə edə bilərsiniz. Səs faylının necə yüklənəyi haqqında ətraflı məlumatı digər məqalədə qeyd etmişik.

"Növbədə yer haqqında məlumat" – abonentin növbədəki yeri haqqında ona məlumatın verilib-verilməməsini Bəli və ya Xeyir punktlarını seçərək qeyd edə bilərsiniz.

Növbədə orta gözləmə müddəti – abonentin cavab verilənədək növbədə orta gözləmə müddətini Bəli və ya Xeyir punktlarını seçərək qeyd edə bilərsiniz.

"Yaddaşda saxla" düyməsini kliklədikdən sonra növbə siyahıda əks olunacaq.

 

Qrupa daxili nömrələri əlavə etmək üçün "Qrup üçün nömrələri əlavə etmək/Dəyişmək" menyusuna daxil olmaq lazımdır.

Növbəyə operator əlavə etmək üçün ona ad verməli, daxili nömrə seçməli və məşğul olduğu müddətdə bu nömrəyə eyni anda gələn zənglərin sayını göstərməlisiniz. Nümunə: Əgər nömrə 5 nəfərlik operator qrupuna uyğundursa, bu zaman "məşğulolma" dəyəri 5 olacaqdır.

  • 1 Utilisateurs l'ont trouvée utile
Cette réponse était-elle pertinente?

Articles connexes

Sürətli başlanğıc

Bu təlimat ilk öncə VirtualATS-i və ona qoşulmuş telefon və softfonların işini yoxlamaq üçün...

Monitorinq

Monitorinq sahəsi əsas statistika və zənglər haqqında məlumatları özündə əks etdirir. Məsələn,...

Konfransların idarə olunması

Daxili nömrələrin idarəolunması "Ümümi Xüsüsiyyətlər — Konfrans zəng" bölməsində əks olunmuşdur....

İstifadəçilərin yaradılması

VirtualATS sistemində 3 növ istifadəçi vardır - administrator, katib və istifadəçi...

Səsli poçtların idarəolunması

Səsli mesajların idarəolunması Ümümi Xüsüsiyyətlər — Səsli poçt qutusu bölməsində əks olunmuşdur....