Qrupların idarəolunması

Qrupların idarəolunması "Ümümi Xüsüsiyyətlər — Qruplar" bölməsində əks olunmuşdur.

Qrup - bir neçə daxili nömrəni özünə qoşa bilən daxili nömrədir və zəng zamanı müvafiq qaydalara əsasən idarə olunur. Məsələn, katib zəngi qəbul etdi və onu konkret bir menecerə yox, satış şöbəsinə yönləndirməlidir. Bunun üçün o zəngi qrupun qısa nömrəsinə keçirir və bu zaman bütün satış menecerləri zəngi qəbul edə bilir.

Qruplar yaratmaq üçün ad və daxili nömrə tələb olunur.

Qruplara zəng edilən zaman göstərilən strategiyalardan birinə müraciət olunacaq.

Hamıya zəng etmək - eyni anda bu qrupa daxil olan bütün daxili nömrələrə zəng olunacaq.

Dairəvi formada zəng etmək - bu zaman qrupdakı bütün nömrələrə növbə ilə zəng ediləcək. Əgər bir nömrəyə zəng çatmır və ya məşğuldursa, bu zaman növbəti nömrəyə zəng olunacaq.

Təsadüfi olaraq zəng etmək - bu zaman qrupa zənglər təsadüfi formada gələcək. Əgər bir nömrəyə zəng çatmır və ya məşğuldursa, bu zaman növbəti təsadüfi bir nömrəyə zəng olunacaq.

"Növbədə növbəti nömrəyə zəng vurma intervalı" seçimindən istifadə edərək göstərilən siyahıda növbəti nömrəyə nə qədər vaxtdan sonra zəng olunacağı intervalını təyin edə bilərsiniz. Standart dəyər 60 saniyədir.

Zəngin tamamlanması seçimini edərək zəng edən şəxsin nə qədər gözləyəcəyi intervalı təyin edə bilərsiniz. Standart dəyər 60 saniyədir.

"Saxla" düyməsini kliklədikdən sonra qrup siyahıda görünəcəkdir. Qrupa daxili nömrələr əlavə etmək və ya dəyişmək üçün "Qrupa nömrələr əlavə et / dəyişdir" menyusuna daxil olmaq lazımdır.

Qeyd: Qrup ilə növbəni qarışdırmayın. Növbə bir çox zəngə cavab verə bildiyi halda, qrupa yalnız 1 zəng daxil ola bilər. Əvvəlki zəng tamamlandıqda və ya nömrə məşğul olduqda növbəti zəng qrupa düşə bilər və zəngi boş qalan bir qrup üzvü cavablandıra bilər.

  • 0 Пользователи нашли это полезным
Помог ли вам данный ответ?

Связанные статьи

Sürətli başlanğıc

Bu təlimat ilk öncə VirtualATS-i və ona qoşulmuş telefon və softfonların işini yoxlamaq üçün...

Monitorinq

Monitorinq sahəsi əsas statistika və zənglər haqqında məlumatları özündə əks etdirir. Məsələn,...

Konfransların idarə olunması

Daxili nömrələrin idarəolunması "Ümümi Xüsüsiyyətlər — Konfrans zəng" bölməsində əks olunmuşdur....

İstifadəçilərin yaradılması

VirtualATS sistemində 3 növ istifadəçi vardır - administrator, katib və istifadəçi...

Səsli poçtların idarəolunması

Səsli mesajların idarəolunması Ümümi Xüsüsiyyətlər — Səsli poçt qutusu bölməsində əks olunmuşdur....