28 sentyabr 2022-ci ildə saat 21:00 radələrində lisenziya əsasında SİP nömrələrin satışını və xidmətini həyata keçirən Azertelekom şirkətinin sistemində texniki qəza baş vermişdir. Hal hazırda 012 310 və 012 311 prefiksli bir çox nömrələr işləmir, nəticədə müştərilərimiz arasında bu nömrələri istifadə edənlərin zəng qəbulu və çıxışı mümkünsüz olmuşdur. Problem yaranan andan şirkətimizin texniki heyyəti Azertelekom texniki heyyəti və rəhbərliyi daim əlaqədədir.

Hal hazırda sırf bizim müştərilərin istifadə etdikləri nömrələrin işləməsi üçün növbədən kənar müəyyən işlər görülür.

Qəzanın baş verməsinin səbəbləri və onların aradan qaldırılması bizim şirkətin fəaliyyətinin çərçivəsində olmadığını nəzərə alaraq, texniki heyyətimiz yalnız problemin aradan qaldırılmasının sürətlənməsi üçün müəyyən səylər göstərir. Digər provayderlərdən istifadə olunan SİP nömrələr, GSM Gateway üzərindən zənglər, həmçinin daxili zənglər üçün VirtualATS xidməti olduğu kimi fəaliyyətini davam etdirir.

Texniki nasazlığın həll olunması qısa zamanda gözlənilir.



Thursday, September 29, 2022





« Back