QEYD:Verilənlər bazasının adını dəyişərək ona bağlı istifadəçi icazələrini və skriptləri də dəyişmək lazımdır.
1. cPanel-ə daxil olun.
2. "Databases" bölməsinə keçin
3. Səhifənin aşağı hissəsində "Current Databases" bölməsinə keçin.
Adını dəyişmək istədiyiniz verilənlər bazasını seçin. Orada qeyd edilən istifadəçi adını yaddaşınızda saxlayın və ya kağıza qeyd edin. Bu məlumat sizə lazım olacaq.
4. Verilənlər bazasının qarşısında "Rename" düyməsini klikləyin:
5. Yeni açlan pəncərədə verilənlər bazasının yeni adını daxil edin və Proceed düyməsini klikləyin:
Davam etmək istədikdə cPanel-in əsas səhifəsinə qayıdmalısınız.
İstifadəçi məlumatlarının dəyişdirilməsi
Bazanın adı dəyişdirildiyi üçün istifadəçi icazələrini yenidən konfiqurasiya etməliyik. Əsas cPanel səhifəsinə qayıdın və MySQL verilənlər bazasını vurun.
1.cPanel-in əsas səhifəsinə qayıdın.
2.MySQL Databases işarəsini klikləyin.
3. Səhifənin aşağı hissəsində Add User To Database bölməsinə keçin.
4. Siyahıdan verilənlər bazasını seçin.
5. Verilənlər bazasının istifadəçisini siyahıdan seçin (verilənlər bazasına bağlı istifadəçini).
6. "Add" düyməsini klikləyin:
7. "User Privileges" səhifəsində "All Privileges"-ın qarşısında quş qoyun:
8. "Make Changes" düyməsini klikləyin.