İstifadəçini verilənlər bazasına necə əlavə etmək olar?

İstifadəçinin verilənlər bazasına əlavə etmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:

1. CPanel-ə daxil olun.

2. Databases bölməsində "MySQL Databases" işarəsini klikləyin.

3. Açılan bölmədə "MySQL Users" klikləyin

4. "Add New User" sahısində istifadəçi adınızı daxil edin.

5. "Password" sahəsində şifrəni daxil edin.

6. "Password (Again)"" sahəsinə şifrəni yenidən daxil edin.

7. "Create User" düyməsini klikləyin.

İstifadəçinin verilənlər bazasından silinməsi

cPanel-ə daxil olduqdan sonra "Databases" bölməsinə keçin.

1. MySQL Databases-də "Current Users" bölməsinə keçin.

2. Silmək istədiyiniz istifadəçinin adının yanındaki "Delete" düyməsini klikləyin.

İstifadəçinin icazələrinin təyin edilməsi

İcazələr istifadəçinin verilənlər bazası ilə necə əlaqə qura biləcəyini müəyyənləşdirir. Məsələn, bir istifadəçi məlumatları əlavə edə və aradan qaldıra biləcəyini müəyyənləşdirəcək.

1. cPanel-ə daxil olun.

2. "Databases" bölməsində, "MySQL Databases" üzərinə klikləyin.

3. Açılan User menyusundan "Add User to Database" üzərinə klikləyin.

4. Açılan "Database" menyusundan istifadəçilər üçün mövcud etmək istədiyiniz verilənlər bazasını seçin.

5. "Add" düyməsini klikləyin.

6. "MySQL Account Maintenance" ekranında, istifadəçiyə vermək istədiyiniz icazələri seçin və ya ALL PRIVILEGES-ı seçin.

7. "Make Changes" üzərinə klikləyin.

  • 1 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

MySQl verilənlər bazasının php myAdmin vasitəsilə backup-dan bərpa edilməsi

1. cPanel-ə daxil olun 2. "Databases" bölməsində phpMyAdmin-i seçin. 3. Backup-ını yaratmaq...

php MyAdmin vasitəsilə MySQl verilənlər bazasını necə import etmək olar?

MySQL verilənlər bazasını import etmək etmək üçün aşağıdaki addımları yerinə yetirmək lazımdır:...

php myAdmin-də verilənlər bazasının adını necə dəyişmək olar?

QEYD:Verilənlər bazasının adını dəyişərək ona bağlı istifadəçi icazələrini və skriptləri də...

Verilənlər bazasını necə optimizasiya etmək olar?

Verilənlər bazasına mesajlar, səhifələr, şərhlər, menyu və s. kimi bir çox məlumat formaları...

Mysql verilənlər bazasını necə yaratmaq və ya silmək olar?

MySQL verilənlər bazasını yaratmaq üçün aşağıdakıları addımları yerinə yetirmək lazımdır: 1....