LİNUX VPS-Ə NECƏ QOŞULMAQ OLAR?
Əgər siz Mac, Windows və ya Linux istifadəçisinizsə aşağıdakıları yerinə yetirmək lazımdır.
Mac istifadəçiləri üçün:
1. Terminal proqramını açın;
2. Əmr sətrinə ssh əmrini daxil edin:
User-Mac:~ User$ ssh ipadress -l root
3. Sorğuya cavab olaraq VPS-in root şifrəsini daxil edin.
Windows istifadəçiləri üçün:
PuTTY proqramı vasitəsilə Windows əməliyyat sistemində çalışan kompüterdən serverə necə bağlanmaq haqqında daha ətraflı məlumatı buradan əldə edin.
Linux istifadəçiləri üçün:
1. Terminal Emulator proqramını açın;
2. Əmr sətrinə ssh əmrini daxil edin:
ssh root@IP_of_your_VPS
3. Sorğuya cavab olaraq VPS-in root şifrəsini daxil edin.