php myAdmin-də verilənlər bazasının adını necə dəyişmək olar?

QEYD:Verilənlər bazasının adını dəyişərək ona bağlı istifadəçi icazələrini və skriptləri də dəyişmək lazımdır.

1. cPanel-ə daxil olun.

2. "Databases" bölməsinə keçin

3. Səhifənin aşağı hissəsində "Current Databases" bölməsinə keçin.

Adını dəyişmək istədiyiniz verilənlər bazasını seçin. Orada qeyd edilən istifadəçi adını yaddaşınızda saxlayın və ya kağıza qeyd edin. Bu məlumat sizə lazım olacaq.

4. Verilənlər bazasının qarşısında "Rename" düyməsini klikləyin:

5. Yeni açlan pəncərədə verilənlər bazasının yeni adını daxil edin və Proceed düyməsini klikləyin:

Davam etmək istədikdə cPanel-in əsas səhifəsinə qayıdmalısınız.

İstifadəçi məlumatlarının dəyişdirilməsi

Bazanın adı dəyişdirildiyi üçün istifadəçi icazələrini yenidən konfiqurasiya etməliyik. Əsas cPanel səhifəsinə qayıdın və MySQL verilənlər bazasını vurun.

1.cPanel-in əsas səhifəsinə qayıdın.

2.MySQL Databases işarəsini klikləyin.

3. Səhifənin aşağı hissəsində Add User To Database bölməsinə keçin.

4. Siyahıdan verilənlər bazasını seçin.

5. Verilənlər bazasının istifadəçisini siyahıdan seçin (verilənlər bazasına bağlı istifadəçini).

6. "Add" düyməsini klikləyin:

7. "User Privileges" səhifəsində "All Privileges"-ın qarşısında quş qoyun:

8. "Make Changes" düyməsini klikləyin.

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

MySQl verilənlər bazasının php myAdmin vasitəsilə backup-dan bərpa edilməsi

1. cPanel-ə daxil olun 2. "Databases" bölməsində phpMyAdmin-i seçin. 3. Backup-ını yaratmaq...

php MyAdmin vasitəsilə MySQl verilənlər bazasını necə import etmək olar?

MySQL verilənlər bazasını import etmək etmək üçün aşağıdaki addımları yerinə yetirmək lazımdır:...

Verilənlər bazasını necə optimizasiya etmək olar?

Verilənlər bazasına mesajlar, səhifələr, şərhlər, menyu və s. kimi bir çox məlumat formaları...

İstifadəçini verilənlər bazasına necə əlavə etmək olar?

İstifadəçinin verilənlər bazasına əlavə etmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:...

Mysql verilənlər bazasını necə yaratmaq və ya silmək olar?

MySQL verilənlər bazasını yaratmaq üçün aşağıdakıları addımları yerinə yetirmək lazımdır: 1....