Snom D120 modellərində zənglərin yönləndirilməsi

Daxili nömrəyə zəng gələrkən onu başqa bir daxili nömrəyə yönləndirmək lazım ola bilər. Burada prosesin 2 ssenarisi mövcuddur.

1. Daxili və ya xarici nömrədən zəng gələrkən dəstəyi götürmədən onu digər nömrəyə yönləndirmək lazımdır. Belə halda Transfer (1) düyməsinə klikləyin. Daha sonra yönləndirəcəyiniz daxili nömrəni qeyd edin və OK düyməsinə klikləyin. Belə olduqda zəng avtomatik yönləndiriləcək.

2. Daxili və ya xarici nömrədən zəng gələrkən zəng edən abonentə cavab verdikdən sonra onu digər nömrəyə yönləndirmək lazımdır. Belə halda müvafiq düyməyə klikləyərək 2-ci xətti açmaq lazımdır. (1) Daha sonra zəngi yönləndirə biləcəyiniz nömrəni yığın, cavabı gözləyin və cavab aldıqdan sonra Transfer düyməsinə klikləyin (2). Ekranda yönləndirəcəyiniz zəngi seçin və OK düyməsini basın (3). Beləliklə, zəng yönləndiriləcək.

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

Snom modellərində İP ünvanın öyrənilməsi

C520-WIMI 1. "Parametrlər" düyməsini klikləyin. 2. "Status" bölməsini, daha sonra isə "Network"...

X-lite proqramının quraşdırılması və VirtualATS-ə qoşulması

İlk öncə "Xlite" proqramını kompüterinizə yükləməlisiniz. Bunun üçün Xlite proqramının rəsmi...

Fanvil telefonlarının quraşdırılması və VirtualATS-ə qoşulması

VirtualATS-ə qoşulmadan öncə telefonu düzgün quraşdırmaq şərtdir. Bir çox müştərilərimizin...

Snom telefonlarının quraşdırılması və VirtualATS-ə qoşulması

VirtualATS-ə qoşulmadan öncə telefonu düzgün quraşdırmaq şərtdir. Bir çox müştərilərimizin...

Snom D120 modellərinin əsas funksiyaları

Gəlin, Snom D120 telefonlarının görünüşünü və əsas funksiyasını nəzərdən keçirək. Ümumi...