php MyAdmin vasitəsilə MySQl verilənlər bazasını necə import etmək olar?

MySQL verilənlər bazasını import etmək etmək üçün aşağıdaki addımları yerinə yetirmək lazımdır:

1. cPanel hesabınıza daxil olun.

2. "Database Tools" bölməsinə keçin və orada phpMyAdmin-i seçin.

3. cPanel istifadəçi adını və MySQL şifrəsini istifadə edərək daxil olun.

4. phpMyAdmin-də solda yerləşən verilənlər bazalarının siyahısını görəcəksiniz. Faylı import etmək istədiyiniz verilənlər bazasını seçin.

5. Verilənlər bazasını seçdikdən sonra yuxarıdakı "Import" bölməsini klikləyin. Qeyd: Əgər backup faylı artıq kontenti olan verilənlər bazasına import edirsinizsə, mövcud kontenti əvəzləyəcək.

6. Bu bölmədə "Browse" düyməsi əmələ gələcək. SQL faylı kompüterinizdə tapıb, "Open" düyməsini klikləyin. Arxivləşdirilmiş fayl olduqda, onu açın.

7. Faylı seçdikdən sonra, aşağıdaki "Go" düyməsini klikləyin; Verilənlər bazası import edilənə kimi gözləyin. Ölçüdən asılı olaraq, proses bir neçə dəqiqə çəkə bilər. Qeyd: phpMyAdmin vasitəsilə göndərilə biləcək SQL-ın maksimal ölçüsü 50 mb təşkil edir. Verilənlər bazasını hissə-hissə yükləyə və ya SSH vasitəsilə import edə bilərsiniz.

TEZ-TEZ YARANAN XƏTALAR

İmport faylı çox böyükdür!

Əgər import etmək istədiyiniz faylın ölçüsü 50 mb-nı keçibsə, o halda onu phpMyAdmin vasitəsilə import etmək mümkün olmayacaq.

Paylaşılan hostingdə bunu etmək mümkün olmadığı halda VPS və ya fiziki server istifadəçilərinin WHM vasitəsilə cPanel-də PHP və PHP POST maksimal yükləmə ölçüsünü artıraraq faylları import etmək imkanları vardır.

#1044 - Access denied for user 'username1'@'localhost' to database 'user2_wrdp9'

İmport faylına yalnış istifadəçi adı üçün verilənlər bazası yaratmaq istəyən SQL sorğu daxil etdikdə bu problem ilə rastlaşa bilərsiniz.

'user2_wrdp9'-ki user2 'username1'@'localhost'-ki username1 ilə uyğun gəlmədiyi üçün köhnə user2-ni yeni user1-ə dəyişərək, import faylını redaktə etmək lazımdır.

Database: `user2_wrdp9`CREATE DATABASE `user2_wrdp9` DEFAULT CHARACTER SET latin1 COLLATE latin1_swedish_ci;USE `user2_wrdp9`;

#1049 - Unknown database 'username1_wrdp9'

İmport faylının məlumatları import etməzdən əvvəl verilənlər bazası yaratmağı tələb etmədikdə bu xəta ilə üzləşə bilərsiniz Bunu üçün cPanel > MySQL Databases-ə daxil olun və bu adlı verilənlər bazasını yaradın (nümunədə "wrdp9"). Sonra isə yenidən import edin.

#1007 - Can't create database 'username1_wrdp9'; database exists

Mövcud verilənlər bazasını yaratmaq istəyən SQL sorğu import fayla daxil olduqda bu xəta ilə üzləşə bilərsiniz Əgər verilənlər bazası boşdursa, cPanel >MySQL Databases-ə keçib, boş verilənlər bazasını silin. Sonra isə yenidən import edin. Əks halda (verilənlər bazası boş olmadığı halda) "import" faylını redaktə edib, "CREATE DATABASE" sorğusunu silməlisiniz.

Məsələn:

CREATE DATABASE `username1_wrdp9` DEFAULT CHARACTER SET latin1 COLLATE latin1_swedish_ci;

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

MySQl verilənlər bazasının php myAdmin vasitəsilə backup-dan bərpa edilməsi

1. cPanel-ə daxil olun 2. "Databases" bölməsində phpMyAdmin-i seçin. 3. Backup-ını yaratmaq...

php myAdmin-də verilənlər bazasının adını necə dəyişmək olar?

QEYD:Verilənlər bazasının adını dəyişərək ona bağlı istifadəçi icazələrini və skriptləri də...

Verilənlər bazasını necə optimizasiya etmək olar?

Verilənlər bazasına mesajlar, səhifələr, şərhlər, menyu və s. kimi bir çox məlumat formaları...

İstifadəçini verilənlər bazasına necə əlavə etmək olar?

İstifadəçinin verilənlər bazasına əlavə etmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:...

Mysql verilənlər bazasını necə yaratmaq və ya silmək olar?

MySQL verilənlər bazasını yaratmaq üçün aşağıdakıları addımları yerinə yetirmək lazımdır: 1....