FileZilla-da Econnrefused xətasını necə həll etmək olar?

Firewall antivirus, proqram təminatı və s. kimi səbəblərdən ECONNREFUSED xətası yarana bilər. Bu səbəblər FileZilla-nın serverə qoşulmağına imkan vermir. Əgər firewall və ya antivirus proqramının söndürülməsi bu problemi həll etmirsə, o halda FileZilla şəbəkə konfiqurasiya parametrlərini dəyişdirmək lazım ola bilər.

Aşağıda ECONNREFUSED xətasını həll etmək üçün FileZilla şəbəkə parametrlərini necə dəyişdirmək haqqında məlumatlar əks olunmuşdur. İlk öncə onu da qeyd edək ki, aşağıdakı addımları yerinə yetirmək üçün Filezilla proqramı lazım olacaq.

Network Configuration Wizard-a qoşulma

1. Edit düyməsini klikləyin.

2. Açılan pəncərədən Network Configuration Wizard-ı seçin.

3. Gördüyünüz Firewall and router configuration wizard pəncərəsində Next düyməsini klikləyin.

Transfer rejiminin quraşdırılması

1. Buradan siz transfer (ötürülmə köçürülmə) rejimini seçə bilərsiniz.

2. Passive (recommended) rejimini default transfer rejimi kimi seçin.

3. Allow fallback to other transfer mode on failure seçiminin yanında quş qoyun.

4. Next düyməsini klikləyin.

Passive rejiminin quraşdırılması

1. Use the server’s external IP address-I seçin.

2. Next düyməsini klikləyin.

Xarici IP-ünvanın quraşdırılması.

1. Get external IP address from the following URL-ı seçin.

2. Sahə boş olduğu halda, dafault icazəni daxil edin:

http://ip.filezilla-project.org/ip.php

3. Next düyməsini klikləyin.

Portun diapazonlarının quraşdırılması.

1.Ask operating system for a port-I seçin.

2.Next düyməsini klikləyin.

Yoxlama testi

Bütün əməliyyatları yerinə yetirdikdən sonra parametrlərin düzgün quraşdırıldığını yoxlamaq üçün test keçirmək lazımdır. Bunu etmək üçün "Test" düyməsini klikləyin. Burada FileZilla bir neçə sadə test keçirmək üçün probe.filezilla-project.org-a qoşulmağa çalışacaq və testin nəticələri müsbət olsa, heç bir xəta baş verməsə, hesabınıza qoşulmağa çalışın.

ECONNREFUSED xətası ilə yenidən qarşılaşdığınız halda ticket və ya LiveChat vasitəsilə Texniki dəstək komandamız ilə əlaqə saxlayın.

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

cPaneldə FTP şifrəsini necə yeniləmək olar?

FTP hesabının şifrəsini unutduğunuz və FTP vasitəsilə hostinq hesabınıza daxil ola bilmədiyiniz...

FTP-ni Filezilla vasitəsilə necə quraşdırmaq olar?

Bunun üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır. 1. Azerizone hesabı. 2. Filezilla-nı...

Anonymous FTP-ni necə deaktiv etmək olar?

Anonim FTP hesabınızın təhlükəsizliyi üçün standart olaraq deaktiv olunur. Anonymous FTP-ni...

FTP hesabı necə yaratmaq olar?

FTP Manager-a daxil olmaq üçün aşağıdakıları yerinə yetirmək lazımdır 1. cPanel-ə daxil olun 2....