FTP hesabı necə yaratmaq olar?

FTP Manager-a daxil olmaq üçün aşağıdakıları yerinə yetirmək lazımdır

1. cPanel-ə daxil olun

2. "Files" bölməsində "FTP Accounts"

Yeni FTP hesabının yaradılması

1. "Add FTP Account" bölməsində İstifadəçi adını daxil edin:

İstifadəçi adının sonuna avtomatik olaraq domeniniz əlavə olunacaq. Məsələn: username@example.com

2. "Password" və "Password(Again)" sahələrində istifadə etmək istədiyiniz şifrəni daxil edin. Amma burda diqqət etməli olduğnuz bir nüans vardır ki şifrənin etibarlı olması üçün şifrənin etibarlılıq indikatoru 20 və ya daha yüksək olmalıdır.

3. FTP hesabını qoşmaq istədiyiniz qovluğu seçin.

4. "Create FTP Account " düyməsini klikləyin.

Ümumi FTP Bağlantı parametrləri

Adətən FTP əlaqələri olaraq qoşulmaq və faylları ötürmək üçün 4 növ məlumat tələb edir. Onlar aşağıdakılardır

Domen adı və ya IP ünvan

İstifadəçi adı

Şifrə

Port (Adətən port 21)

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

cPaneldə FTP şifrəsini necə yeniləmək olar?

FTP hesabının şifrəsini unutduğunuz və FTP vasitəsilə hostinq hesabınıza daxil ola bilmədiyiniz...

FileZilla-da Econnrefused xətasını necə həll etmək olar?

Firewall antivirus, proqram təminatı və s. kimi səbəblərdən ECONNREFUSED xətası yarana bilər. Bu...

FTP-ni Filezilla vasitəsilə necə quraşdırmaq olar?

Bunun üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır. 1. Azerizone hesabı. 2. Filezilla-nı...

Anonymous FTP-ni necə deaktiv etmək olar?

Anonim FTP hesabınızın təhlükəsizliyi üçün standart olaraq deaktiv olunur. Anonymous FTP-ni...

Powered by WHMCompleteSolution