FTP-ni Filezilla vasitəsilə necə quraşdırmaq olar?

Bunun üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır.

1. Azerizone hesabı.

2. Filezilla-nı kompüterinizdə quraşdırmaq.

3. cPanel istifadəçi adı və şifrəsi və ya FTP istifadəçi adı və şifrəsi.

4. Azerizone hostinq hesabınıza bağlı olan domen adı və ya serverin IP-ünvanı.

Filezilla-da əlaqə yaratmaq üçün Site Manager lazım olacaq.

1. Fayla klikləyin və Site Manager-i açın.

2. "New site" düyməsini klikləyin.

3. Yeni saytın adını daxil edin.

4. Növbəti parametrləri daxil edin:

- Host: Domen adınız və ya serverin IP-ünvanı - Port: 21 - Protokol: FTP- faylların ötürülməsi protokolu - Şifrələmə: Adi FTP istifadə edin - Login növü: Normal - İstifadəçi: cPanel və ya FTP istifadəçi adı - Şifrə: Giriş üçün istifadə edtiyiniz şifrə.

5. Transfer parametrləri bölməsini seçin. Burada "Limit number" və ya "simultaneous connections" bölməsini seçin və limiti kimi 8 rəqəmini təyin edin.

6. "Connect button" düyməsini klikləyin.

Connect düyməsini kliklədikdən sonra server ilə əlaqə yaranacaq və artıq faylları yükləyə biləcəksiniz. Siz həmçinin Site manager vasitəsilə saytı quraşdırdıqdan sonra Site manager-i açıb Connect düyməsini klikləyərək qoşula biləcəksiniz. Artıq parametrləri yenidən daxil etməyə ehtiyac olmayacaq.

  • 0 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

cPaneldə FTP şifrəsini necə yeniləmək olar?

FTP hesabının şifrəsini unutduğunuz və FTP vasitəsilə hostinq hesabınıza daxil ola bilmədiyiniz...

FileZilla-da Econnrefused xətasını necə həll etmək olar?

Firewall antivirus, proqram təminatı və s. kimi səbəblərdən ECONNREFUSED xətası yarana bilər. Bu...

Anonymous FTP-ni necə deaktiv etmək olar?

Anonim FTP hesabınızın təhlükəsizliyi üçün standart olaraq deaktiv olunur. Anonymous FTP-ni...

FTP hesabı necə yaratmaq olar?

FTP Manager-a daxil olmaq üçün aşağıdakıları yerinə yetirmək lazımdır 1. cPanel-ə daxil olun 2....