Ödəniş qaydaları və üsülları

Şirkət tərəfindən göstərilən bütün xidmətlər avans ödənişi ilə həyata keçirilir. Aylıq xidmət əldə edən müştəri ayın sonunadək qalan günlərin ödənişini müqavilə imzalandığından 5 iş günü ərzində həyata keçirməlidir (Misal üçün: müştəri xidmətə ayın ortasında qoşulubsa ay üçün xidmət haqqı bu formula üzrə hesablanır: xidmət dəyəri/ay daxili gün sayı*xidmətdən istifadə etdiyi gün sayı). Aylıq ödəniş əsasında ödəniş edən müştərilər cari ay üçün ödənişi ayın ilk 5 iş günü ərzində həyata keçirilmədiyi halda xidmət dayandırılır. Aylıq xidmətlər üzrə əvvəlcədən 12 aylıq avans ödənişi edildiyi halda 10% endirim tətbiq edilir, xidmətdən vaxtından əvvəl imtina edildiyi halda müştərinin ödənişinin qalığı endirimsiz hesablanmaqla geri qaytarılır. VirtualATS xidməti üzrə bəzi tərifləri (VatsMİNİ, VATSMidi) 3 aylıq (kvartal) periodlu avans ödənişi ilə istifadə etmək mümkündür. Ödənişin qəbul üsülları aşağıdaki kimidir:

my.azerizone.net istifadəçi portalında bank kartları (Visa, MasterCard) vasitəsilə
Bank kartları vasitəsilə edilən ödənişlər avtomatik olaraq qəbul edilir və istifadəçi portalında əks etdirilir, xidmətin göstərilməsi dayandırıldığı təqdirdə 2-3 dəqiqə ərzində aktivləşir. Xidmətin aktivləşmədiyi halda Azerizone MMC ilə istənilən əlaqə vasitəsilə (telefon, e.poçt və s.) əlaqə saxlayaraq araşdırılmasını tələb edə bilərsiniz, bu halda Sizdən ödənişin dəqiq vaxtı, Bankınızın ödəniş bildirişi (sms banking və s. gələn məlumatları) tələb oluna bilər. Kart sahibinin daxil etdiyi kart məlumatları ekvayrinq bankın səhifəsində həyata keçirilir və bu məlumatlar Azerizone şirkəti tərəfindən heç bir halda yadda saxlanılmır.

Bank köçürməsi
Azerizone MMC-nin my.azerizone.net istifadəçi portalından təqdim edilmiş hesab fakturaya əsasən xidmətlərin ödənişini bank köçürməsi ilə həyata keçirmək mümkündür. Şirkətin rekvizitləri təqdim edilmiş hesab fakturada göstərilir, ödəniş etdikdə hesab fakturanın nömrəsini qeyd etmək mütləqdir. Şirkətin rekvizitləri həmçinin istifadəçi portalının məlumat bazasının ümumi məlumatlar bölməsində yerləşdirilmişdir.
Bank köçürülməsi vasitəsilə edilən ödənişlər iş günlərində 3-4 saat ərzində istifadəçi portalında əks etdirilir, xidmətin göstərilməsi dayandırıldığı təqdirdə 3-5 saat ərzində aktivləşir.

Nağd şəkildə ödəniş
Azerizone MMC-nin my.azerizone.net istifadəçi portalından təqdim edilmiş hesab fakturanı çap edərək hər hansı banka (Paşa Bank filialları olduğu təqdirdə Sizdən heç bir əlavə komissiya tələb edilməyəcəkdir) yaxınlaşaraq, hesab fakturaya əsasən ödəniş etmək.
Bank köçürülməsi vasitəsilə edilən ödənişlər iş günlərində 3-4 saat ərzində istifadəçi portalında əks etdirilir, xidmətin göstərilməsi dayandırıldığı təqdirdə 3-5 saat ərzində aktivləşir.

Həmçinin ödənişlərinizi MilliÖn vasitəsilə də həyata keçirə bilərsiniz.

Milliöndə bankların siyahısında Pasha Bank-ı seçin və aşağıdakı xanaları təlimatda qeyd etdiyimiz şəkildə doldurun:

Müştərinin İD-si: 00024229 

Şəxsiyyət vəsiqəsinin seriyası/VÖEN: 1602956471

Təyinat hissəsinisə hesab-fakturanın nömrəsini qeyd edin.

Xanaları doldurduqdan sonra qeyd etdiyiniz məlumatların təsdiq olunması üçün pəncərə açılacaq. Bu pəncərədə “Azerizone” göründükdən sonra, “Bəli” düyməsini klikləyin. Ödəniləcək xidmətin növünü seçin xanasında isə aşağıda qeyd olunan hesabı seçib ödənişi həyata keçirin.

AZ14PAHA40060AZNHC0100024229

  • 10 A felhasználók hasznosnak találták ezt
Hasznosnak találta ezt a választ?

Kapcsolódó cikkek

Şərtlər və qaydalar (oferta müqaviləsi)

Bu Şərtlər və Qaydalar my.azerizone.net saytının istifadə qaydalarını müəyyənləşdirir. Səhifəyə...

Условия о конфиденциальности персональной информации

Компания «Azerizone» (далее – Компания) уважает право каждого человека на конфиденциальность....

Privacy Policy

Azerizone MMC operates the my.azerizone.net website, which provides the SERVICE. This page is...

End-user License Agreement

Terms and conditions (Contract offer)   These Terms and Conditions define the use of...

Лицензионное соглашение и правила конфиденциальности

Условия пользования Данное соглашение содержит правила и условия пользования Сайтом...