Anonim FTP hesabınızın təhlükəsizliyi üçün standart olaraq deaktiv olunur. Anonymous FTP-ni istifadə etməyi məsləhət görmürük. Çünki bu funksiya sayəsində hər hansı istifadəçi, giriş məlumatları təqdim etmədən FTP-yə icazə əldə edə bilər. Bu isə həm saytınızın təhlükəsizliyinə, həm də bir çox ziyan vuran proqramlara yoluxmasına səbəb ola bilər.
Anonymous FTP-ni deaktiv etmək üçün aşağıdakı addımları ardıcıllıqla yerinə yetirmək lazımdır.
1. cPanel-ə daxil olun
2. Files bölməsində "Anonymous FTP" ikonunu klikləyin
Anonymous FTP bölməsində aşağıdaki parametrlərin qarşısından işarələri götürün:
Allow anonymous access...
Allow anonymous uploads...
3. Save düyməsini klikləyin.
Bu addımları yerinə yetirdikdən sonra anonymous@domain.com və ftp@domain.com FTP hesablarınızda hələdə görünəcək, lakin aktiv olmayacaq.